"Wildberries" şirkətinin nəhəng anbar kompleksində yanğın
"Wildberries" (Vilberries) onlayn pərakəndə satış mağazasının Sankt-Peterburq yaxınlığında anbarı yanır.
Marja.az Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, yanğın sahəsi artıq 70 min kvadratmetri keçib. "Wildberries" anbarının ümumi sahəsi 125 min kvadratmetrdir.
Yanğın başlayan zaman "Wildberries" anbarında minə yaxın insan olduğu bildirilir. Yanğın gecə və gündüz işçiləri arasında növbə dəyişikliyi zamanı baş verib. Sosial şəbəkələrdə binadan qaçan anbar işçilərinin görüntüləri yayılıb.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, anbar kompleksinin yandırılması baş verən yanğının ilkin versiyalarından biri kimi nəzərdən keçirilir. Bu barədə "RBC"nin Fövqəladə Hallar Nazirliyinə yaxın mənbəsi bildirib. O, həmçinin qeyd edib ki, yanğın söndürüldükdən və ekspertiza aparıldıqdan sonra yekun nəticə veriləcək.
78.ru telekanalının məlumatına görə, Yanvarın 10-da axşam bu anbarın binası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib. Telekanalın məlumatına görə, “Wildberries” şirkətinin əməkdaşı olan 33 yaşlı Azərbaycan vətəndaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 35 yaşlı işsiz Tacikistan vətəndaşı da yaralanıb. Onun barəsində cinayət işi açılıb.
Telekanal xəbər verir ki, bundan təhlükəsizlik qüvvələri iki gün ardıcıl anbara basqın ediblər. Polis əməkdaşları və Rusiya Qvardiyasının əməkdaşları işçilərin sənədlərini yoxlayıblar.
Sankt-Peterburq yaxınlığındakı Wildberries anbarında baş verən yanğın havadan belə görünür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























