Harvardın rektorunun istefa etməsinin arxasında 50,7 milyard dollarlıq ianə var!
İsrail əleyhinə etirazları "fikir azadlığı" adlandırdığı üçün tənqid edilən Harvard Universitetinin rektoru Klaudin Qey (Claudine Gay) daha artıq təzyiqlərə tab gətirə bilməyib. 54 yaşlı Qey, "Mən şəxsi mübahisəmin universitetə daha çox ziyan vurmasını istəməzdim" deyərək istefa verib. Ancaq yenə də hər şey pula gəlib çıxır! Keçən il 50,7 milyard dollar ianə alan Harvard dünyanın ən zəngin universitetidir. 120 ölkənin iqtisadiyyatından daha böyük bir təhsil müəssisəsidir. Qeyin istefasının arxasında ianələrin kəsilməsi ilə bağlı narahatlıq da var.
Dünya mətbuatının dünənki ən əhəmiyyətli gündəmi istefa xəbəri oldu. Marja.az xəbər verir ki, Qəzza müharibəsindən sonra kampusda İsrailə qarşı keçirilən etirazları "fikir azadlığı" çərçivəsində qiymətləndirən və buna görə tənqid edilən Harvard Universitetinin rektoru Klodin Qey (Claudine Gay), təzyiqlərə daha tab gətirə bilmədi.
O, “haqqında aparılan şəxsi müzakirələrin universitetə xələl gətirməməsi üçün” vəzifəsini tərk etdiyini açıqlayıb. 54 yaşlı rektor, "Harvard son müzakirələrdən asılı olmayaraq, məqsədlərinə davam etmək üçün bu qərarı qəbul etdiyini" açıqladı.
Qeyin istefa təzyiqinə cəmi 1 ay tab gətirə bilməsinin arxasında bildiyimiz başqa bir məsələ dayanır: PUL! Planetdə kimə "Dünyanın ən yaxşı universiteti hansıdır?" Soruşsanız, cavab “Harvard” olacaq.
Bununla belə, Harvard təkcə “ən yaxşı” universitet deyil, dünyanın ən zəngin universitetidir! Harvard və Qeyə edilən təzyiqin əsl səbəbini daha yaxşı başa düşmək üçün Amerikanın CBS Televiziyasının "Harvard nə qədər zəngindir?" “120 ölkənin iqtisadiyyatından daha böyükdür” başlıqlı xəbərə nəzər salaq: “Qey İsrail-Həmas müharibəsindən sonra tələbə etirazlarına reaksiya verməməkdə günahlandırılır. Harvardın keçmiş məzunları universitetə ianələrinin kəsəcəklərini bildirir və etiraz edən tələbələri "qara siyahı"ya salır.
Bu boş təhdid deyil! "Harvada 50 milyard dollardan çox ianə, ABŞ universitetləri arasında ən böyük ianədir və Tunis, Bəhreyn və İslandiya kimi ölkələr də daxil olmaqla 120-dən çox ölkənin ÜDM-indən çoxdur."
Son maliyyə hesabatına görə, Harvardın 2023-cü il üçün ümumi gəliri 53 milyard dollar olub. Bunun 50,7 milyard dolları ianələr və məzunların töhfələrindən gəlir. Bu rəqəm 2022-ci ildə edilən 50,9 milyard dollardan bir qədər azdır!
Harvardda 2023-cü ildə orta təhsil haqqı: 79 min 450 dollar
ABŞ universitetləri öz tələbələrinə maddi yardım göstərmək üçün ianələrdən istifadə edirlər. CBS Televiziyasının məlumatına görə, “İllik gəliri 85 min dollardan az olan ailələrin bakalavr tələbələri Harvard Universiteti tərəfindən tam maliyyələşdirilir. Heç nə ödəmirlər. İllik gəliri 85 min ilə 150 min dollar arasında olan ailələrdən illik gəlirlərinin maksimum 10 faizi qədər töhfə gözlənilir”.
Harvardın 2023-cü il təhsil haqqı barədə də məlumat verilib.
-İllik təhsil haqqı orta hesabla 79 min 450 dollardır.
-1975-ci ildə Harvarda oxumağln qiyməti 5 min 350 dollar idi. Bu o deməkdir ki, Harvardın təhsil haqqı inflyasiyadan qat-qat sürətlə artır; əgər son yarım əsrdə İstehlak Qiymətləri İndeksindəki dəyişiklik izlənilsəydi, bu gün 5 min 350 dollar təxminən 30 min 000 dollara çatacaqdı.)
Harvard-ın rektoru nə qədər maaş alır?
Klodin Qey 1 iyul 2023-cü ildə vəzifəyə təyin olunub və birinci ilini başa vurmadan vəzifəsini tərk etdiyi üçün illik maaşı açıqlanmadı. Əvvəlki rektoru Lourens S.Bekov ildə 1,3 milyon dollar qazanırdı. Amerika mətbuatında Qey haqqında yazılan yeganə maaş 2021-ci ildə Gözəl Sənətlər Fakültəsinin dekanı olarkən aldığı illik 879 min 79 dollar maaşdır.
Klodin Qey
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Azərbaycan və Səudiyyə Ərəbistanı sərnişin axınının artırılmasını müzakirə edib - AZAL-DA GÖRÜŞ
-
1 saat əvvəl
“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
.jpg)
Azərbaycan və Səudiyyə Ərəbistanı sərnişin axınının artırılmasını müzakirə edib - AZAL-DA GÖRÜŞ

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir!

Azərbaycan neftinin son qiyməti

Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi

Mərkəzi Bank investisiya şirkətinə xəbərdarlıq edib
Ən çox oxunanlar

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Rəsmi məzənnələr açıqlandı

"Premium Bank" nizamnamə kapitalını artırdı!

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

"Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq"

Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib

İqtisadiyyat Nazirliyi ABŞ şirkətilə anlaşdı

Əməkhaqqı və təqaüdləri istənilən bankdan almaq mümkün olacaq
