Yaponiya Azərbaycanın iri marketlərilə danışıqlar aparır
Cari ilin oktyabrında Bakı Biznes Mərkəzində təşkil ediləcək Yaponiya qida məhsulları sərgisi iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək.
Bu sözləri Yaponiyanın “Cross Border Club” şirkətinin prezidenti, sərginin təşkili üzrə işçi qrupun sədri Kazuyasu İşida deyib.
K.İşida qeyd edib ki, sərginin təşkili ilə bağlı iyulun 21-dən 27-dək 25 nəfər yapon iş adamından ibarət qrup Bakıya səfər edib. Qrupun tərkibinə sərginin təşkili üzrə işçi qrupun sədri, üzvlər və iş adamları daxil idi.
Səfər çərçivəsində bu mühüm iqtisadi tədbirin təşkili üzrə Azərbaycan tərəfdən təşkilatçılar və şirkətlərlə görüşlər keçirilib. Əsasən Kənd Təsərrüfatı Nazirliyi, “Silkway West Airlines”, “Azərsun Holding”, “Bravo” və “Araz” supermarketlər qruplarının nümayəndələri ilə müzakirələr aparılıb. Bu müzakirələr sərginin yüksək səviyyədə təşkilində mühüm rol oynayacaq.
Sərgidə təqdim ediləcək yapon qida məhsulları barədə məlumat verən işçi qrupun sədri bildirib ki, həmin məhsullar yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Sərgi Azərbaycanın ticarət və ictimai iaşə müəssisələrinə birbaşa yapon əmtəələrinə çıxış əldə etmək imkanı qazandıracaq. Eyni zamanda, azərbaycanlı istehlakçılar da həmin məhsulları birbaşa yoxlamaq imkanı qazanacaqlar. Bu tədbir uzaq məsafə qət etmədən yapon ərzaq məhsullarını və içkilərini dadmaq imkanı qazandırmaq baxımından əhəmiyyətli olacaq.
Səfərin yapon iş adamları üçün Azərbaycan xalqının qonaqpərvərliyi, mədəniyyəti, mətbəxi ilə tanış olmaq imkanı yaratdığını vurğulayan K.İşida bildirib ki, bu səfər, eyni zamanda, gələcək əməkdaşlıq imkanlarını araşdırmaq baxımından da əhəmiyyətli olub. Səfərdə iştirak edən yaponlar bir daha əmin oldular ki, Azərbaycan Yaponiya üçün çox maraqlı və etibarlı tərəfdaş ola bilər.
Azərbaycan məhsullarının Yaponiyada sərgisinin təşkili barədə sualı cavablandıran işçi qrupun sədri bildirib ki, belə bir ideya var və hazırda onun həyata keçirilməsi üçün ilkin layihə hazırlanır:
“Azərbaycanın təbii, orqanik ərzaq məhsullarının Yaponiya bazarına gətirilməsi mənim ən böyük arzumdur. “Made in Azerbaijan” brendi həqiqətən də dünya səviyyəli məhsullar deməkdir. Xüsusən Azərbaycan çayı, zeytun yağı və nar mənim çox xoşuma gəlir. Digər kənd təsərrüfatı məhsullarının keyfiyyətinə də söz ola bilməz. Düşünürəm ki, Yaponiya qida məhsulları sərgisi zamanı yaranacaq əməkdaşlıq əlaqələri Azərbaycan məhsullarının Yaponiya bazarına gətirilməsində də mühüm rol oynayacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
6 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
7 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
8 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















