Dövlət Xidməti tibbi sarğı bezi biznesilə görüş keçirib, xəbərdarlıq edib
Görüşdə apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən görülmüş tədbirlərin nəticəsi barədə məlumat verilib, ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı bildirilib.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ölkədə fəaliyyət göstərən tibbi sarğı bezi istehsalçılarının rəhbərləri və iri topdansatış əczaçı müəssisələrin nümayəndələri ilə görüş keçirilib.
Marja xəbər verir ki, görüş zamanı apteklərdə satılan bəzi yerli gigiyenik tibbi sarğı bezlərinin ölçülərinin faktiki qablaşdırmada göstəriləndən az olması barədə daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində ölçüsündə uyğunsuzluqlar aşkarlanan tibbi sarğı bezlərinin istehsalçılar tərəfindən dövriyədən çıxarıldığı, xətaların aradan qaldırıldığı və qanunvericiliyin tələblərinə uyğun hazırlanmış yeni bezlərin nümunələrinin Dövlət Xidmətinə təqdim edildiyi vurğulanıb.
Görüşdə həmçinin mövcud qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, istehlakçıların malların, işlərin, xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalı, istehsal markasında istehsalçı və ya icraçının adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilməli, hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın etiketinin olması, etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumatın verilməsinin zəruriliyi vurğulanıb. Qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməyən sahibkarların müvafiq qaydada məsuliyyət daşıdığı qeyd edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara satışda olan gigiyenik tibbi sarğı bezlərinin faktiki ölçüsünün qablaşdırmada göstəriləndən az olması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət etməyi tövsiyə edir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
12 saat əvvəl
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
6 ayda 460 min manat zərər – “Zəyəm Texnologiyalar Parkı”nın maliyyə göstəriciləri zəifləyib
-
1 gün əvvəl
7 ayda mobil telefon rabitəsi sahəsində 742 milyon manatlıq xidmət göstərilib
-
1 gün əvvəl
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
-
1 gün əvvəl
BOKT “International” 15%-lik istiqrazlar ilə 1 milyon manat cəlb edəcək
-
1 gün əvvəl
SOCAR-da faiz yükü böyüyüb – Maliyyə xərcləri 2,7 milyard manata yaxınlaşıb
-
1 gün əvvəl
Bakıda süni intellekt hesablama platforması tikiləcək - İlkin gücü 1 GVt olacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Lamborghini tarixinin ən sürətli və ən güclü avtomobilini təqdim etdi – 1050-dən çox at gücü
Azərbaycan neftinin son qiyməti
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
7 ay əvvəl yaradılan investisiya şirkəti kapitalını 62% azaldır
Avqustun 15-də gözlənilən hava şəraiti
SOCAR-ın xam neft satışından gəlirləri 11,1 milyard manat azalıb
İnvestorlara 15% gəlir təklif olunur - 1 milyon manatlıq istiqrazlar
Anbardan külli miqdarda saxta aksizli içki çıxdı



























