Serbiyanı gələcəyə aparan Azərbaycan yolu
Serbiya Prezidenti Azərbaycanın “AzVirt” şirkətinə təşəkkür etdi: “Azvirt”in rəhbəri dəqiq insandır, “Azvirt” şirkəti isə əladır. İşlərini çox yaxşı, çox ciddi şəkildə yerinə yetirdilər".(®) Serbiya yol şəbəkəsinin şah damarı kimi qəbul olunan Ruma-Şabats magistralının açılışı baş tutub. Bu yol Azərbaycanın “AzVirt” şirkətinin 2019-cu ildə bu ölkədə icrasına başladığı Ruma-Şabats-Loznitsa layihəsinin tərkib hissəsidir. Açılış mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiçlə yanaşı, Serbiyanın Baş naziri Ana Brnabiç, nazirlər, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev, eləcə də “AzVirt” MMC-nin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Serbiya Prezidenti Alaksandr Vuçiç indiyə qədər görülən işlərdən çox qürur duyduğunu qeyd edib. Onun sözlərinə görə bu avtomobil yolu Serbiya vətəndaşları üçün son dərəcə əhəmiyyətlidir və onlar daha az vaxt ərzində qısa məsafə qət etməklə mənzil başına çatacaqlar. Dövlət başçısı 24,6 kilometr uzunluğunda tam profilli yeni avtomobil yolunun davamının (Şabats-Loznitsa) ən qısa zamanda – 2024-cü ilin sonuna başa çatdırılmasının vacibliyini də dilə gətirib. Prezident bu günə qədər görülən işlərə görə Azərbaycandan olan podratçı şirkət – “AzVirt”ə təşəkkürünü bildirib: “Mən Sizə həqiqətən güvənirəm. İşinizə, bu sahədə verdiyiniz töhfəyə görə çox sağ olun deyirəm. Sağ olun ki, Şirkətinizin bütün rəhbər şəxsləri ilə burdasınız. Bu, bizim dostluğumuzun və fədakar əməyinizin böyük sübutudur. “Azvirt”in rəhbəri dəqiq insandır, “Azvirt” şirkəti isə əladır. Azərbaycanlı dostlarımıza təşəkkür edirəm ki, işlərini çox yaxşı, çox ciddi şəkildə yerinə yetirdilər. Həm də çox məsuliyyətlə”.
Açılış mərasimində çıxış edən “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev serb və azərbaycanlı inşaatçıların birgə tikinti uğurlarını yüksək dəyərləndirib. O, Ruma-Şabats magistralının və nəhəng körpünün tikintisinin müqavilə şərtlərində nəzərdə tutulduğundan xeyli əvvəl Serbiya vətəndaşlarının istifadəsinə verildiyini deyib: “Serbiyanın yol şəbəkəsinin genişləndirilməsinə töhfə vermək bizim üçün şərəfdir. Əvvəlki illər ərzində biz Serbiya və Azərbaycan hökumətlərinin və əməkdaşlarımızın etibarlı və uyğun tərəfdaşı olmaq, göstərilən etimadı doğrultmaq, bütün müqavilə öhdəliklərini və son tarixləri ən yüksək beynəlxalq standartlara uyğun yerinə yetirmək üçün əlimizdən gələni etdik. Xatırladım ki, tikdiyimiz yolların keyfiyyətinə görə Serb xalqının yaddaşında qalmaq arzusu ilə biz bütün bu illər ərzində, hətta pandemiya dövründə də daim işləmişik. Xahiş edirik, unutmayın ki, Azvirt təkcə körpülər və yollar inşa etmir, həm də Azərbaycan Respublikası ilə Serbiya Respublikası və xalqlarımız arasında əbədi bağlar qurur”.
Daha sonra Kamil Əliyev Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiçə ikitərəfli əlaqələrin inkişafında və gələcək nəsillərə miras qalacaq yeni birgə layihələrin işlənib hazırlanmasında göstərdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, “AzVirt” şirkəti bu ölkədə 10 ildən çoxdur ki, fəaliyyət göstərir. 2012-2016-cı illərdə Serbiya və Monteneqro arasında 11-ci Dəhlizin Liq-Prelina hissəsinin tikintisi ilk böyük layihə olaraq uğurla tamamlanıb. Bu ilin iyun ayında isə Serbiyada Belqrad Dairəvi yolu istifadəyə verilib. Bütün açılışlarda Serbiya prezidenti Aleksandr Vuçiç şəxsən özü iştirak edib.
Bundan başqa, “AzVirt” ölkə daxilində də uğurlu fəaliyyətini davam etdirir. Bu günlərdə “AzVirt” ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Yaşma qəsəbəsindən Siyəzən rayonuna qədər olan hissəsinin (60 km) inşasını başa çatdırıb. Eyni zamanda Şirkət Qarabağda aparılan bir çox tikinti işlərinin əsas iştirakçılarından biridir. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə rekord müddətə - cəmi 8 aya inşa olunaraq təhvil verilib. Zəngilan Beynəlxalq Hava Limanı düz bir il bundan öncə istifadəyə verilməklə Zəngəzur iqtisadi zonasının ayrılmaz hissəsinə çevrilib. Bu açılışlarda Azərbaycan və Türkiyə prezidentləri iştirak edib. Hazırda isə Şirkət Laçın Beynəlxalq Hava Limanı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın avtomobil yollarının tikinti işlərini davam etdirməkdədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 d. əvvəl
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
-
20 d. əvvəl
Bakıda "Xaricdə Təhsil Sərgisi 2025" keçiriləcək - GİRİŞ PULSUZDUR
-
45 d. əvvəl
Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçirildi
- 22 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ən böyük qızıl ehtiyatı: Yerdəki bütün qızılın 99,999%-i oradadır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Natura” meyvə şirəsi brendinin təşəbbüsü ilə Laçında ağacəkmə aksiyası keçirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
“Kristal” binalarında istifadə olunan alüminium pəncərələr: uzunömürlü, möhkəm, estetik!
Bakıda "Xaricdə Təhsil Sərgisi 2025" keçiriləcək - GİRİŞ PULSUZDUR
Biznesiniz üçün QISA NÖMRƏ alın
Çində istehlak qiymətləri oktyabrda artıma qayıdıb, istehsalçı qiymətlərindəki azalma isə üç ildir davam edir
Pfizer, Metsera-nı 10 milyard dollara alır
Ən çox oxunanlar
Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb
“PAŞA Holding” Zəfər Günü münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
Zəfərin izi ilə: “AS Group”un sosial və infrastruktur layihələri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Noyabrın 9-da gözlənilən hava şəraiti
Bakıda Zəfər muzeyinin açılışı olub
Paşinyan: İlk addımda qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, bu, mənim səhvim idi














.jpg)

.jpg)


