İran xəbərdarlıq etdi - “Ağılsız” hərəkətlərə dağıdıcı cavab veriləcək
İran xəbərdarlıq edib ki, ölkəyə qarşı “ağılsız” hərəkətlərə dağıdıcı cavab veriləcək
Marja.az-ın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani həftəlik mətbuat konfransı zamanı xəbərdarlıq edib ki, ölkəyə qarşı istənilən “ağılsız” hərəkət dağıdıcı reaksiya ilə qarşılaşacaq.
“İranı təhdid edən hər kəs bilməlidir ki, İrana qarşı hər hansı əsassız hərəkətə dağıdıcı cavab veriləcək”, – deyə Fars xəbər agentliyi Kənanidən sitat gətirib.
Bundan əvvəl Amerikanın “The Wall Street Journal” qəzeti HƏMAS hərəkatındakı və İran tərəfindən dəstəklənən şiə "Hizbullah" qruplaşmasındakı mənbələrə istinadən yazmışdı ki, İsrailə hücumun planlaşdırılmasına İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) zabitləri kömək edib.
"İran oktyabrın 2-də İsrailə hücuma yaşıl işıq yandırıb"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) avqust ayından Fələstinin HƏMAS hərəkatına İsrailə hücum planına kömək edir.
Marja.az xəbər verir ki, bunu Wall Street Journal ( WSJ) Həmas və Livanın hərbiləşdirilmiş Hizbullah təşkilatına istinadən yazıb.
Qrupların nümayəndələrinin sözlərinə görə, İran oktyabrın 2-də Beyrutda keçirilən toplantıda İsrailə hücuma yaşıl işıq yandırıb.
Nəşr yazıb ki, avqust ayından bəri İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitləri Həmas nümayəndələri ilə birlikdə hücum planı hazırlayıblar. Qeyd olunur ki, əməliyyatın təfərrüatları Beyrutda SEPAH və İranın dəstəklədiyi 4 qrup, o cümlədən HƏMAS və Hizbullahın nümayəndələrinin qatıldığı bir neçə görüşdə müzakirə olunub.
Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin deyib ki, İranın İsrailə hücumda əli olması barədə heç bir məlumatı olmadığını bildirib: Biz hələ ki, İranın bu xüsusi hücuma rəhbərlik etdiyi və ya arxasında dayandığına dair sübut görməmişik, lakin şübhəsiz ki, onlar arasında çoxdankı əlaqələr var”.
HƏMAS-ın yüksək səviyyəli rəsmisi Mahmud Mirdavinin sözlərinə görə, qrup təkbaşına hücum planı hazırlayıb.
Tehran HƏMAS-ı dəstəkləyib. İran hökuməti bildirib ki, qrupun hərəkətləri “işğal olunmuş ərazilərdə işğalçılara qarşı müqavimət və silahlı əməliyyatlar sahəsində yeni səhifə açıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















