Rusiyanın beynəlxalq ehtiyatları sentyabrda azalıb
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 2023-cü il oktyabrın 1-nə 569 milyard 21 milyon dollar təşkil edib ki, bu da sentyabrın əvvəlindəki göstəricidən 2,17% (və ya 12 milyard 638 milyon dollar) azdır.
Marja xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.
Sentyabrda valyuta ehtiyatları 1,96% azalaraq 428 milyard 522 milyon dollar, ehtiyatlardakı monetar qızılın dəyəri isə ay ərzində 3,02% azalaraq 140 milyard 499 milyon dollar təşkil edib.
2022-ci il oktyabrın 1-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 540 milyard 688 milyon dollar təşkil etmişdi.
Rusiya Mərkəzi Bankının və Rusiya hökumətinin sərəncamında olan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutada olan vəsaitlərdən, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Qərb ölkələri Rusiya Federasiyasının Ukraynada hərbi əməliyyata başlamasından sonra Rusiya Bankına qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatlarının dondurulması ilə yanaşı, Mərkəzi Bankın ehtiyatlarının və aktivlərinin idarə edilməsi ilə bağlı bütün əməliyyatlar, habelə onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar qadağan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
12 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























