STP Şirkətlər Qrupunun gənc mühəndisləri ABŞ-da konfransda Azərbaycanı təmsil ediblər
STP Şirkətlər Qrupunun “Sabahın gücü” inkişaf layihəsinin gənc mühəndisləri ABŞ-nin Hyuston şəhərində keçirilən "International Congress on Science, sustainability and engineering 2023" ICOSSE'23 adlı konfransda Azərbaycanı təmsil ediblər.STP-nin sponsorluğu ilə “Sabahın gücü” inkişaf layihəsinin iştirakçısı Günel Rəhimli və layihə yoldaşı Aysu Zamanova Amerikanın Kimya mühəndisləri İnstitutu (American Institute of Chemical Engineering) tərəfindən keçirilən "International Congress on Science, sustainability and engineering 2023" adlı konfransda iştirak ediblər.
STP-nin yaydığı məlumatda bildirilir ki, kimya mühəndisliyi ixtisası üzrə təhsil alan gənclərimiz konfransda suyun qurğuşun ionlarından təmizlənməsi və codluğunun azaldılması üzrə fosfatla modifikasiya olunmuş maya göbələyindən istifadə etdikləri lahiyələrini uğurla təqdim ediblər.
Layihə suyun təmizlənməsi üçün sınaq mərhələsində özünü effektiv və sərfəli metod kimi göstərib ki, bu da ölkəmizə suyun təmizlənməsi sahəsində böyük töhfə verə biləcəyindən xəbər verir.
"Sənayenin qabaqcıl şirkətlər qrupu olaraq ölkəmizin kadr potensialının inkişafına və iqtisadiyyatın gələcəyinə töhfə verən gənclərin yanında olmaqdan və onların uğurlarına dəstək olmaqdan qürur hissi duyuruq",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
12 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























