Dünyanın diqqəti bu danışıqlara yönəlib
Dünyanın diqqəti Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçidə keçirilən danışıqlara yönəlib, taxıl dəhlizi ilə bağlı razılaşmaya dair “ümidlər canlanıb”.
Marja.az xəbər verir ki, Putin və Ərdoğan bazar ertəsi Soçidə təxminən bir ildən sonra ilk dəfə şəxsən görüşəcək və Qara dəniz taxıl sazişi ətrafında vəziyyəti, eləcə də bir sıra digər məsələləri müzakirə edəcəklər. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun daha əvvəl dediyi kimi, danışıqlar günün ortasında keçiriləcək.
Ərdoğanın rusiyalı həmkarı ilə danışıqları zamanı Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, həmçinin aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Türkiyə və Rusiya liderlərinin danışıqlarından əsas gözləntilər Rusiyanın bu il iyulun 17-də iştirakını dayandırdığı taxıl sazişinin taleyi ilə bağlı qərar və ya onun alternativinin axtarışı ilə bağlıdır.
Əvvəllər Ankara dəfələrlə Rusiya tərəfinin sövdələşməyə qayıdacağına ümid etdiyini bildirsə də, Moskva yalnız Qərbin Rusiyadan ərzaq və gübrə ixracı ilə bağlı razılaşmaları yerinə yetirdikdən sonra onun icrasını bərpa etməyə hazır olduqlarını bəyan edib. Razılaşmanın əsas məqsədi dünyanın ən yoxsul ölkələrinə taxıl tədarükünü təmin etmək və ərzaq böhranının qarşısını almaq idi.
Avqustun 30-da Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü ərəfəsində iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar aparılıb və bu danışıqlarda Rusiyanın daha bir təşəbbüsü müzakirə edilib. Qətərin maliyyə iştirakı ilə Türkiyəyə güzəştli qiymətlə 1 milyon tona qədər taxıl satılacaq. Gələcəkdə bu taxılın Türkiyə müəssisələrində emal olunaraq dünyanın ən ehtiyacı olan ölkələrinə göndərilməsi planlaşdırılır. Görüşdən sonra Fidan Lavrovla taxılın tranziti ilə bağlı texniki detalları müzakirə etdiyini və onların baxılmaq üçün dövlət başçılarına təqdim ediləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























