"Moody's": MBNP bankların əlavə kapitallaşmasını tələb edə bilər
Xarici valyuta riskləri və zəif əməliyyat mühiti Azərbaycanın bank sektorunun inkişafına maneə yaradan əsas amillər olaraq qalır.
Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin bu gün açıqladığı hesabatda deyilir.
Hesabatın müəllifi olan "Moody`s"in vitse-prezidentinin köməkçisi Mariya Malyukova bildirir ki, ümumi daxili məhsul istehsalının və kreditlərə tələbatın azalması, inflyasiyanın sürətlənməsi bu il də bankların kreditləşməsinə əngəl törətməkdə davam edəcək.
"Moody's"in proqnozuna əsasən, bu il Azərbaycanda ümumi daxili məhsul istehsalı 1% azalacaq, 2018-ci ildə isə artacaq.
"Aktivlərin keyfiyyətinin zəif olması bankların rentabelliyinə və kapitallaşmasına neqativ təsir edir. 2016-cı ilin sonunda bank sektorunun kredit portfelinin 30%-i problemlidir. Halbuki 2015-ci ildə bu göstərici 16% olub. Bu il də problemli kreditlərin ümumi portfeldə çəkisi yüksək olaraq qalacaq. Buna səbəb qeyri-qənaətbəxş bazar şəraitinin olmasıdır", - deyə M. Malyukova qeyd edib.
Mütəxəssis əlavə edib ki, banklar tərəfindən yaradılan ehtiyatlar itkilərin örtülməsi üçün kifayət etmir.
"Moody's" hesab edir ki, bir çox banklar bu ili də zərərlə başa vuracaq: "Kredit itkiləri və valyuta riskləri bankların kapitalına təzyiq göstərməkdə davam edəcək".
M. Malyukova hesab edir ki, tənzimləyici qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların əlavə kapitallaşmasını tələb edə bilər.
Qeyd edək ki, hazırda tənzimləyicinin bankların məcmu kapitalına dair minimal tələbi 50 mln. manat səviyyəsində müəyyənləşib.
©APA
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
58 d. əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
4 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
4 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq






















