Sumqayıtda 936 mənzilin tikintisinə başlanıldı
“Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzilin tikintisinə başlanılıb.
Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur”.
Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev deyib.
O bildirib ki, indiyədək şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmayıb.
“Bu işlərə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığından sonra start verilib. Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər İcra Hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır. 2017-ci ilin fevral ayından tikintisinə başlanılan şəhərciyin 2018-ci ilin may ayında tam istifadəyə verilməsi planlaşdırılıb”.
Qurum rəsmisi bildirib ki, şəhərcikdəki bunların altısı 8 mərtəbəli, ikisi 14, daha ikisi isə 15 mərtəbəli olacaq.
“Bu binalarda ümumilikdə 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i 3 otaqlı, 520-si 2 otaqlı, 138-i isə 1 otaqlı olacaq.
Sumqayıtda respublikamızın 10 şəhər və rayonundan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. İlkin mərhələdə qəzalı yataqxanalarda məskunlaşmış məcburi köçkünlər yeni binalardakı mənzillə təmin ediləcək. Sumqayıtda 15-ə yaxın qəzalı yataqxana var. Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Bu mərhələdən sonra isə uşaq bağçalarında, məktəblərdə, vətəndaşlara məxsus mənzillərdə yaşayan məcburi köçkünlər yeni binalara köçürüləcək”.
©Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
30 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®























