Kremldən "Putin sağdır" açıqlaması
Dronlar vasitəsilə Kremlə zərbə endirmək cəhdində Vladimir Putin xəsarət almayıb və həmişəki kimi işini davam etdirir.
Marja xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidməti bildirib.
"Kiyev Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək cəhdi edib, lakin hücum uğurla dəf edilib", - Rusiya Federasiyası prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kreml Kiyev rejiminin hücum cəhdini "Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi" qiymətləndirir.
Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz aparatı sıradan çıxarıb, xəsarət alan olmayıb.
"Rusiya lazım bildiyi yerdə və vaxtda Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır",- mətbuat xidməti bildirib.
Qeyd edilib ki, Mayın 9-da planlaşdırıldığı kimi, Qırmızı Meydanda Qələbə Paradı keçiriləcək. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin paradda iştirak edəcək.
"Putinin də qrafiki dəyişməyib, Prezident həmişəki kimi işləyir. Mayın 3-də o, vilayət qubernatoru Qleb Nikitinlə görüşüb",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























