İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib
"Atəşgah Həyat Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əmiraslan oğlu Əliyev İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasına üzv seçilib.
Bu barədə İSB-dən bildirilib.
Məlumata görə, o, Büronun rəhbərliyində bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri təyin edilmiş və bununla da sığorta sektorunu tərk etmiş “Atəşgah Sığorta" ASC-nin İH-nin keçmiş sədri Azər Allahverdi oğlu Əliyevi əvəzləyib.
Himayəçilər Şurasının sədri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Zəfər oğlu Əliyev, digər üzvləri isə AMB-nin nümayəndəsi Vüsal Cavanşir oğlu Qurbanov, “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova və “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlıdır.
Xatırladaq ki, İSB “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında ölkə prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanına uyğun olaraq yaradılıb. Büro hüquqi şəxslərin ittifaqıdır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
- 23 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kaspian Speşialist Services”in satış gəlirləri 18%, xalis mənfəəti 24% azalıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi




























