970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) “HERMES Bank olmayan kredit təşkilatı” MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan “Hermes Finance” ASC bununla fəaliyyətini bank olmayan kredit təşkilatı (BOKT) vasitəsilə kredit bazarına genişləndirir.

Marja.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, lisenziya AMB-nin İdarə Heyətinin qərarı ilə verilib. Lisenziya “HERMES Bank olmayan kredit təşkilatı” MMC-yə kredit vermək, eləcə də “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda nəzərdə tutulan digər fəaliyyət növləri ilə qanunvericiliyə uyğun qaydada məşğul olmaq hüququ verir.

Reklam_3_11

“HERMES Bank olmayan kredit təşkilatı” MMC-nin 100 faiz payçısı Azərbaycanın aparıcı lizinq şirkətlərindən biri olan “Hermes Finance” ASC-dir.

Lisenziyanın verilməsi - “Hermes Finance”in lizinq bazarında 8 il ərzində formalaşdırdığı müsbət fəaliyyət tarixçəsi fonunda - yeni kredit təşkilatının biznes planını həyata keçirməsinə və kreditləşmə üzrə hədəflərinə doğru irəliləməsinə imkan yaradır.

“HERMES” hansı kreditləri verəcək?

“HERMES Bank olmayan kredit təşkilatı”ndan Marja.az-a bildirilib ki, təşkilat korporativ kreditlərə və istehlak kreditlərinin müəyyən növlərinə üstünlük verəcək.

Yeni BOKT-un yaradılması planı iyunda açıqlanmışdı

“Hermes Finance” yeni kredit təşkilatının yaradılması məsələsini 9 iyun 2026-cı il tarixinə çağırdığı növbədənkənar ümumi yığıncağın gündəliyinə daxil etmişdi. Gündəliyə əsasən, lizinq şirkətinin yeni BOKT-un yeganə iştirakçısı olması nəzərdə tutulurdu.

Səhmdarların müzakirəsinə BOKT-un yaradılması və dövlət qeydiyyatı üçün müraciətlə yanaşı, onun nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının müəyyənləşdirilməsi, idarəetmə orqanlarının və təşkilati strukturunun formalaşdırılması da çıxarılmışdı. Gündəliyə kommersiya strategiyasını, maliyyələşmə mənbələrini, kredit siyasətinin əsas göstəricilərini, daxili nəzarət sistemini və ilk üç il üzrə maliyyə proqnozlarını əhatə edən biznes planının hazırlanması da daxil idi.

“Hermes Finance”in yarımillik xalis mənfəəti 40,3 faiz artıb

“Hermes Finance” ASC 2026-cı ilin yanvar–iyun aylarını 509,8 min manat xalis mənfəətlə başa vurub. Şirkətin yarımillik hesabatına görə, 2025-ci ilin eyni dövründə xalis mənfəət 363,3 min manat təşkil etmişdi. Beləliklə, xalis mənfəət illik müqayisədə 146,5 min manat və ya 40,3 faiz artıb. Vergidən əvvəlki mənfəət isə 206,7 min manat və ya 45,3 faiz artaraq 663,3 min manata çatıb.

Şirkətin xalis faiz gəliri 3,8 faiz artaraq 544,9 min manat olub. Komissiya gəlirləri isə 127,9 min manat və ya 69,1 faiz artaraq 313,1 min manata yüksəlib. Eyni dövrdə qeyri-faiz xərcləri 94,8 min manat və ya 23,6 faiz azalaraq 306,3 min manata enib. Nəticədə xalis qeyri-faiz əməliyyatları üzrə ötən ilin ilk yarısındakı 68,5 min manatlıq mənfi nəticə bu ilin eyni dövründə 118,4 min manatlıq müsbət nəticə ilə əvəzlənib.

Aktivlər 20,7 milyon manatı ötüb, kapital 69,7 faiz artıb

30 iyun 2026-cı il tarixinə “Hermes Finance”in aktivləri 20 milyon 735,3 min manat təşkil edib. Bu, bir il əvvəllə müqayisədə 3 milyon 314,9 min manat və ya 19 faiz çoxdur. Maliyyə lizinqi üzrə uzunmüddətli debitor borcları 1 milyon 660 min manat və ya 11,6 faiz artaraq 15 milyon 973,5 min manata çatıb. Bu göstərici şirkətin cəmi aktivlərinin təxminən 77 faizinə bərabərdir.

Şirkətin cəmi öhdəlikləri 2 milyon 674,9 min manat və ya 16,2 faiz artaraq 19 milyon 177,3 min manata yüksəlib. Bunun 18 milyon 953,9 min manatını uzunmüddətli öhdəliklər təşkil edib. Qısamüddətli öhdəliklər isə 49,6 faiz azalaraq 223,4 min manata enib.

“Hermes Finance”in cəmi kapitalı 640 min manat və ya 69,7 faiz artaraq 1 milyon 558 min manata çatıb. Lizinq şirkətinin nizamnamə kapitalı 900 min manat səviyyəsində qalıb, bölüşdürülməmiş mənfəəti isə 17,98 min manatdan 657,99 min manata yüksəlib.

“Hermes Finance”in səhmdarları və digər şirkədə payları

Yarımillik hesabata görə, “Hermes Finance” ASC-nin səhmlərinin 45 faizi Nuranə Ramiz qızı Mehrəliyeva-Rzayevaya, 45 faizi Kamran Vaqif oğlu Quliyevə, 10 faizi isə şirkətin baş direktoru Həmid Mövsüm oğlu Mirzəyevə məxsusdur. İlk iki səhmdarın hər biri 1 350 səhmə, Mirzəyev isə 300 səhmə sahibdir.

“Hermes Finance” “Level Leasing” ASC-nin nizamnamə kapitalında 38 faiz paya malikdir. Şirkət lizinq fəaliyyətilə məşğuldur. İyunun sonuna şirkətdə 21 nəfər çalışıb.

Əlaqə:

Telefon: +994 70 286 77 77

Ünvan: Bakı Ağ Şəhər, "Reges Park

İnstagram: @hermes_finance

HERMES BOKT Hermes Finance ASC HERMES BOKT lisenziyası Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatı yeni BOKT Hermes Finance lizinq korporativ kreditlər biznes kreditləri istehlak kreditləri Azərbaycanda kredit bazarı Hermes Finance maliyyə nəticələri.
19.11.2026 17:53
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19