Britaniya şirkəti Azərbaycanda iki sahə üzrə hasilat hüququnu uzatmayacaq
"Anglo Asian Mining" "Qoşa" və "Ordubad" müqavilə sahələrini Azərbaycan hökumətinə qaytaracaqAzərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining plc" şirkəti (AAM) "Qoşa" və "Ordubad" müqavilə sahələrini Azərbaycan hökumətinə qaytaracaq.
AAM-in yaydığı məlumata görə, bu addım Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) çərçivəsində qeyd olunan sahələrdə hasilat hüquqlarının müddətinin artıq başa çatması və ya yaxın vaxtlarda başa çatacağı ilə əlaqədardır.
"Şirkət bu müddətin uzadılmasını tələb etməmək barədə qərar qəbul edib, bununla əlaqədar olaraq hər iki sahə dövlətə veriləcək. Aktivlər portfelinin yenidən nəzərdən keçirilməsi və qısamüddətli artım perspektivlərinin qiymətləndirilməsindən sonra AAM-də belə qənaətə gəliblər ki, yaxın illərdə "Qoşa" və "Ordubad" sahələrinin inkişafına vaxt və resursların yönəldilməsi şirkətin strateji maraqlarına cavab vermir. Bu sahələr AAM-in mövcud istehsal güclərindən xeyli uzaqda yerləşir və zəruri infrastruktura malik deyil", - məlumatda deyilir.
Bunun əvəzinə şirkət geoloji-kəşfiyyat işlərini fəaliyyətdə olan yataqların genişləndirilməsinə yönəltmək niyyətindədir ki, bu da artıq yaradılmış infrastrukturdan istifadə etməyə, həmçinin mövcud mədənlərin və emal güclərinin istismar müddətini uzatmağa imkan verəcək. Menecment və kapitalın bölüşdürülməsi üçün "Xarxar" və "Qaradağ" mis filizi layihələrinin istismara verilməsi prioritet istiqamət olaraq qalır.
Hazırda "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə HPBS-də zəruri düzəlişləri razılaşdırır, bu düzəlişlər daha sonra respublika parlamenti tərəfindən ratifikasiya olunmalıdır. Şirkətdən həmçinin qeyd ediblər ki, işlənmə hüquqlarının qaytarılması gələcəkdə "Qoşa" və "Ordubad" sahələrinə lisenziya almaq üçün təkrar müraciət etmək imkanını istisna etmir.
AAM 1997-ci ilin avqustunda imzalanmış HPBS çərçivəsində Azərbaycanda qiymətli metal və mis hasilatı həyata keçirir. Sazişdə Azərbaycan 51 %, "Anglo Asian Mining" isə 49 % pay sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
7 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
7 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
8 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
9 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























