Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Vergi rəsmisi: "Mikro sahibkarlar mobil həllərlə bəyannamə verə biləcəklər"

Mikro sahibkarlar vergi bəyannamələrini 2027-ci ildən mobil həllərlə avtomatik təqdim edə biləcəklər
iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergi rəsmisi: "Mikro sahibkarlar mobil həllərlə bəyannamə verə biləcəklər"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Vergi bəyannaməsi mövcud məlumatlar əsasında avtomatik təqdim ediləcək — ilk mərhələdə mikro sahibkarlar üçün

2027-ci ildən Azərbaycanda mikro sahibkarlar vergi bəyannamələrini mobil həllərlə avtomatik təqdim edə biləcəklər.

Reklam_3_11

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Emil Qarayev Bakıda keçirilən "Dövlət-biznes əməkdaşlığı forumu"nda - "İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, mikro və kiçik sahibkarlıq subyektləri say baxımından sahibkarlıq subyektlərinin əksəriyyətini təşkil edir:

"Bu subyektlər üçün, xüsusilə də "İnzibati icraat haqqında" qanunvericiliyin tətbiqi və inzibati proseslərin sadələşdirilməsi məqsədilə bir sıra yeniliklər nəzərdə tutulur. Bu istiqamətdə hazırlıq işləri ötən il müzakirə edilib və qanunvericilik layihəsi də təsdiqlənib. Növbəti il mikro sahibkarlıq subyektlərindən başlayaraq, mobil həllər vasitəsilə mövcud olan məlumatlar əsasında bəyannamələrin tam avtomatlaşdırılmış qaydada təqdim edilməsi prosesinə keçməyi planlaşdırırıq. Bununla bağlı müvafiq texniki həllər artıq tamamlanmaq üzrədir. Gözlənilir ki, 2027-ci ilin I rübünün hesabat dövründən etibarən sahibkarlar bu imkandan istifadə edə biləcəklər".

Bundan başqa, vergi rəsmisi deyib ki, biznesin təsdiqi üçün vergi və bank məlumatlarından istifadə ediləcək. "Maraqlı yeniliklərdən biri odur ki, vergi orqanlarının və bankların elektron sistemlərə inteqrasiyası nəzərə alınaraq, artıq biznesin təsdiqi prosesinin avtomatik qaydada həyata keçirilməsi planlaşdırılır. Yəni kifayət qədər elektronlaşmış cəmiyyətdə mövcud informasiya sistemlərindəki məlumatlar əsasında bu prose sin avtomatlaşdırılması nəzərdə tutulur. Digər yenilik isə birbaşa təqdimatın sadələşdirilməsi ilə bağlı olmasa da, mikro və kiçik sahibkarlıq subyektlərinin mövcud zonadan daha geniş imkanlar əldə etməsi və daha çox məşğulluğun təmin olunması ilə əlaqədardır. Məsələn, məşğulluq səviyyəsinin %- çatdırılması kimi hədəflər nəzərdə tutulur. Əsas hədəfimiz inzibati araşdırmaların minimum səviyyədə aparılması və onların maksimum dərəcədə risk əsaslı olmasıdır. Bununla da, vergi və digər qanunvericilik tələblərinin biznes üçün daha asan və əlçatan olması təmin ediləcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report"

Emil Qarayev
19.11.2026 12:02
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19