Ford-dan 3,5 milyard dollarlıq akkumulyator zavodu investisiyası
ABŞ-ın ən böyük avtomobil istehsalçılarından biri olan Ford, Çinin Contemporary Amperex Technology (CATL) şirkətinin texnologiyasından istifadə edərək Miçiqanda akkumulyator zavodu qurmaq üçün 3,5 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, Ford-un dünyanın ən böyük akkumulyator istehsalçılarından biri olan Çinin CATL şirkəti ilə müqavilə bağladığı bildirilib.
Açıqlamada, müqavilə çərçivəsində Avropa və Asiyada 13 zavoda sahib olan CATL-in litium dəmir fosfat (LFP) batareya hüceyrəsi məlumat və xidmətlərindən istifadə olunaraq batareya istehsal ediləcəyi qeyd edilib.
Açıqlamada Ford-un ABŞ-ın Miçiqan ştatında bir akkumulyator istehsalı zavodu qurmaq üçün 3,5 milyard dollar sərmayə yatıracağı və sözügedən müəssisədə LFP akkumulyatorlarının istehsalına 2026-cı ildə başlanmasının planlaşdırıldığı və ilkin olaraq 2500 işçinin çalışacağı bildirilib.
ABŞ hərbçiləri Amerika hava məkanında təsbit edilən və Çinin casus şarı olduğu iddia edilən şarı fevralın 4-də Cənubi Karolina sahillərində vurub. Dağıntıları toplayan ABŞ hərbçiləri şarı tədqiq etməyə davam edir.
ABŞ dövlət katibi Entoni Blinken ABŞ hava məkanında hava şarının aşkarlanmasından sonra Pekinə səfərini təxirə salıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 saat sonra
- 34 d. əvvəl
-
1 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























