Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bir neçə kəlmə iqtisadi-sosial məsələlərlə bağlı demək istərdim. Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq".

Marja.az xəbər verir ki, bunu Oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirirb.

Reklam_3_11

Prezident deyib:

"Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın. Amma təbii ki, bunun üçün iqtisadi inkişaf lazımdır. Düzdür, ümumi daxili məhsulun artımı o qədər də böyük rəqəmlərlə ölçülmür, amma bizim ümumi iqtisadi potensialımız kifayət qədər güclüdür. Azərbaycanda cəmi iki dəfə Beynəlxalq İnvestisiya Forumu keçirilib - bu il və keçən il sentyabr aylarında. Hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur. Yəni investisiya olmadan heç bir iqtisadiyyat inkişaf edə bilməz. Burada təkcə dövlət investisiyaları kifayət etməyəcək. Bizə xaricdən investisiyalar lazımdır - həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna.

Ona görə bu, faktiki olaraq, Azərbaycanın iqtisadiyyatına olan inamdır. Bax, sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumları iştirak edib. Onların idarəçiliyində olan vəsait 30 trilyon dollardan çoxdur. Yəni təsəvvür etmək çətin deyil ki, hansı səviyyəli, - özü də bu şirkətlərin, bu investisiya fondlarının rəhbər şəxsləri gəlmişdilər, - insanlar Azərbaycanla əməkdaşlıq edirlər və bundan sonra da əməkdaşlıq etmək istəyirlər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Biz uzun illər xarici borcumuzu azalda-azalda gedirdik. Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu ya 100, ya 110, ya da 120 faizdir. Mən də investisiya forumunda çıxış edərkən bildirdim ki, biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq. İqtisadi inkişafımızın daha da sürətlə getməsi üçün biz investisiya layihələrini daha da fəal icra edəcəyik.

Ona görə iqtisadi sabitlik və maliyyə sabitliyi bu gün bizim çox ciddi uğur amilimizdir. Baxmayaraq ki, böyük xərclər gedir, - hərbi məsələlərə, ordu quruculuğuna, sərhədlərin mühafizəsinə, Qarabağın bərpasına, - biz öz valyuta rezervlərimizi ildən-ilə artırırıq və artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim.

Yeni geosiyasi və iqtisadi reallıq ondan ibarətdir ki, bu gün bir çox ölkələr enerji resurslarını əvvəlki kimi əldə edə bilmirlər. Burada yenə də Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir – xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr. Bunların da istehsalı üçün əsas mənbə enerjidir.

Bu gün xüsusilə neft məhsulları ilə bağlı yaşanan böhran əfsuslar olsun ki, yəqin daha da dərinləşəcək. Çünki bu böhranın iki mənbəyi var, biri bizim Şimalımızda, ikincisi isə Körfəz bölgələrində - Cənubda. Artıq ənənəvi təchizatçılar bəziləri daxili tələbatı ödəmək üçün məcburən ixracı dayandırırlar.

Burada onu da deyə bilərəm ki, Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki, biz istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək. Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq.

Bu “yaşıl gündəlik”lə bütün dünyanı bezdirən aktivistlər də artıq başa düşüblər ki, yəni neftsiz, qazsız, yanacaqsız heç bir iqtisadiyyat inkişaf edə bilməz. Siz yaxşı xatırlayırsınız ki, COP29 dövründə və onun ərəfəsində bizə qarşı nə qədər əsassız ittihamlar səsləndirilmişdir ki, neft ölkəsində iqlim konfransı keçirilməməlidir. Yaxşı, bəs Kanada bizdən 10 dəfə daha çox neft hasil edir. Orada keçirilə bilər, bizdə keçirilə bilməz?! Yəni yenə də qərəzli yanaşma idi. Amma onu demək istəyirəm ki, bu gün "yaşıl keçid"lə bağlı tezisi ortaya atanlar arasında da artıq ciddi müzakirələr gedir. Yaxşı, qoy almasınlar bizim qazımızı, neftimizi, neft məhsullarımızı. Onların iqtisadiyyatı necə inkişaf edəcək? Ona görə enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq.

Bax, investisiya forumları çərçivəsində imzalanmış kontraktların da bəziləri məhz qaz, neft hasilatının artırılmasına gətirib çıxaracaq. Bizim ən böyük neft yatağımız – “Azəri-Çıraq-Günəşli” artıq 30 ildən çoxdur ki, istismardadır və orada təbii düşmə prosesi gedir. Ona görə imzalanmış yeni kontraktlar, o cümlədən bizim xarici ölkələrdə əldə etdiyimiz neft mədənləri bizə təkcə hasilatı sabitləşdirmək üçün yox, artırmaq üçün də imkan verəcək. O cümlədən keçən ay imzalanmış qaz kontraktı da bizə, - təkcə bir kontrakt, - əlavə 5 milyard kubmetr qaz verəcək.

Yəni bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq.

Təbii ki, əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dünən mənə verilən son məlumata görə, Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

02.10.2026 19:00
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19