"Azərbaycanda 75 metr və daha hündür binaları da tikmək olar" - DÖVLƏT AGENTLİYİ
"Son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır".
Marja xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Onun sözlərinə görə, Agentliyin nəzarət funksiyaları layihənin və ya geologiyanın ekspertizası ilə bitmir:
"Layihə Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunduqdan sonra bütün hissələri ekspertizadan keçirilir, o cümlədən etibarlılıq və dayanıqlılıq yoxlanılır. Ondan sonra müvafiq orqanlar tikintiyə icazə verirlər. Bakı şəhərində bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər yerlərində isə yerli icra hakimiyyəti orqanlarıdır. Tikinti müddətində də bizim Baş Dövlət Tikinti Müfəttişliyi mütəmadi olaraq yoxlamalar həyata keçirir. Ərazi hasara alınan gündən tikintinin istismarına icazə verilənə qədər bütün mərhələlərdə nəzarət olur. Bundan başqa, tikintidə dövlət nəzarəti ilə yanaşı, digər üç nəzarət növü var. Bunlardan birincisi müəllif nəzarətidir. Layihəni işləyən qrupda memar, konstruktor, havalandırma, elektrik mütəxəssisi və s. şəxslər var. Tikinti müddətində ərazidə mütləq müəllif nəzarəti jurnalı olmalıdır. Müəlliflərin hamısı işin gedişində öz sahələrinə nəzarət etməli və jurnalda müvafiq qeydiyyat aparmalıdırlar. Növbəti nəzarət növü texniki nəzarətdir. Bu isə sifarişçinin nəzarətidir. O, inşaatda kifayət qədər keyfiyyətli inşaat materiallarının istifadə edilib-edilməməsi və digər məsələlərə nəzarət edir. Üçüncü nəzarət isə tikinti təşkilatının operativ nəzarətidir. O da işçilərin intizamına, tikinti materiallarının düzgün işlənilməsinə, vaxtlı-vaxtında çatdırılmasına və bu kimi digər məsələlərə cavabdehdir. Müfəttişlərimiz tikinti meydançasına daxil olduqda ilk növbədə bu üç tikintiyə nəzarət funksiyalarının obyektdə həyata keçirilib-keçirilmədiyini yoxlayırlar. Onlardan biri həyata keçirilməsə və jurnalda qeydiyyat aparılmasa, tikinti dayandırılır. Bizim özümüzün nəzarət jurnalımız da həmin ərazidə olur və iradlar varsa, yazılır və operativ qaydada elektron bazamıza daxil edilir. Yəni, son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır".
Elxan Əsədov "Belə məlumatlar var ki, Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir. Bu məlumat nə dərəcədə əsaslıdır? Bakıda 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan olunması məsələsi gündəmə gələ bilərmi?" sualına belə cavab verib:
"Xeyr, bu belə deyil. Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib".
Həmçinin oxu: "Ölkədə tikinti keyfiyyəti çox yüksək səviyyədədir və istənilən zəlzələyə davamlıdır" - Dövlət Agentliyi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”

















