Rabitəbankda 3 yeni təyinat olub!
Ötən həftə Rabitəbankda 3 yeni təyinat olub.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Fərid Qəhrəmanov bankın Xəzinədarlıq Departamentinin direktoru, Yaşar Fərəcov İpoteka Kreditləri üzrə Şöbə rəisi, İrana Hüseynova isə İstehlakçılarla iş şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan F.Qəhrəmanov, bu vəzifəyə təyin olunanadək ölkənin aparıcı banklarında direktor müavini və direktor vəzifələrində çalışmışdır.
Qiymətli kağızlar, kapital bazarları, likvidliyin və valyuta riklərinin idarə edilməsi sahəsində bir çox sertifikatlara yiyələnmişdir.
Azərbaycan Banklar Assosiasiyasının nəzdində “Xəzinədarlıq və Fondların idarə olunması” üzrə Ekspert Qrupunun üzvüdür.
F.Qəhrəmanov Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika və İdarəetmə Fakultəsi üzrə bakalavr və magistr təhsili almışdır.
Yaşar Fərəcov 2015-2017-ci illərdə ”Rabitəbank” ASC-nin Yasamal filialında Mikrokreditlər üzrə mütəxəssis vəzifəsində çalışmış, daha sonra həmin filialın İstehlak kreditləri üzrə mütəxəssisi, Aparıcı mütəxəssis vəzifələrini, 2018-2020-ci illərdə isə İpoteka kreditləri üzrə Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrini, 2020-ci ildən etibarən Riteyl Bankçılıq Departamentinin İpoteka kreditləri üzrə meneceri vəzifəsini icra etmişdir.
Y.Fərəcov 2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat-İnformatika fakultəsində təhsil almışdır.
İranə Hüseynova bank sahəsində 6 ildən artıq təcrübəyə malik olmaqla, ölkənin digər aparıcı banklarında Keyfiyyətə Nəzarət şöbəsinin mütəxəssisi, Müştəriyə Dəstək şöbəsində baş mütəxəssis və s. vəzifələri icra etmişdir. 2022 – ci ilin yanvar ayından “Rabitəbank” ASC - də fəaliyyətini Xidmət Keyfiyyətinə Nəzarət Departamentində, İstehlakçılarla iş şöbəsinin meneceri vəzifəsində davam etdirmişdir.
İ.Hüseynova Bakı Slavyan Universitetinin Filologiya ixtisasında təhsil almışdır.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
12 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
29 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır






























