Rusiya İqtisadi İnkişaf Nazirliyindən 2023-də dolların neçə rubl olacağı barədə yeni proqnoz
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il dolların orta məzənnəsinin bir dollar üçün 70 rubl olacağını gözləyir.
Marja xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin birinci müavini İlya Torosov bildirib.
"Biz bir dollar üçün orta hesabla 70 rubl məzənnəsini gözləyirik - təxminən indi olduğu kimi", - Torosov nazirliyin 2023-cü ildə rublun hansı məzənnəsini proqnozlaşdırdıqları barədə suala cavabında deyib.
"İl üçün orta hesabla daha geniş diapazon (68-72 rubl) nəzərdə tutulur. Rublun zəifləməsində idxalın bərpası da rol oynayır. Bundan əlavə, neft və qaz gəlirləri, yəni ölkəyə daxil olan vəsaitlərin axını azalıb. Bu o deməkdir ki, iqtisadiyyata daxil olan dollar azalıb”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, bir dollar üçün 70 rubl səviyyəsi iqtisadiyyat üçün balansdır: "60 rubl qəti şəkildə ixracatçılar uyğun gəlmir - o zaman onların biznesi gəlirsiz olur. Bundan əlavə, büdcə güclü rubldan əziyyət çəkir".
İqtisadi İnkişaf Nazirliyinin əvvəlki proqnozuna görə, il ərzində dolların orta məzənnəsinin 1 dollar üçün 68,3 rubl olacağı gözlənilirdi.
Rusiyanın İqtisadi inkişaf naziri Maksim Reşetnikov yanvarın əvvəlində demişdi ki, nazirlik mart-aprel aylarında cari və sonrakı illər üçün yenilənmiş makroproqnoz məlumatlarını təqdim edəcək.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə Rusiyada inflyasiya 5-6% diapazonunda olacaq.
"Qiymət artımı üzrə 2023-cü il üçün proqnoz 5-6% civarındadır. Bu, orta göstəricidir və göstərici müxtəlif sektorlarda əhəmiyyətli dərəcədə fərqli ola bilər", - Torosov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
12 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır





























