Bu zərərverici fındıq sahələrinə milyonlarla dollar ziyan vura bilər – mütəxəssis açıqlayır
Karantin obyekt hesab edilən qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı, meşə və dekorativ bitkilərin təhlükəli zərərvericisidir. 2022-ci ilin payızında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının birgə apardıqları monitorinqlər nəticəsində Balakən, Zaqatala və Qax rayonlarının bəzi kəndlərində qəhvəyi mərmər bağacığı aşkar edilib və bununla əlaqədar yerli əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərə başlanılıb. Hazırda mütəxəssislər tərəfindən tədbirlər şəxsi evlərdə, fərdi həyətyanı sahələrdə davam etdirilir.
Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev açıqlamasında bildirib ki, payız fəslində bağacıqlar qışlamaq üçün yaşayış yerlərinə uçur və münasib yerdə qışlayırlar. Evlərə soxulan bağacıqlar insanların bəzilərində allergiyaya səbəb ola bilir. Odur ki, AXA-nın yerli qurumları Balakən və Zaqatala rayonlarının sirayətlənmiş kəndlərində, hər bir evdə maarifləndirmə işi həyata keçirir, əhaliyə bukletlər paylanılır. Evlərdə aşkar edilən və hazırda qışlama mərhələsində olan bağacıqlar yığılaraq mexaniki yolla məhv edilir. Aparılan maarifləndirmə işi göstərir ki, əhalinin bir qismi bu zərərvericini ya tanımır, ya da taxılın ziyankar bağacığı zənn edərək süpürüb evdən çölə atırlar. Bu isə maariflənmə işinin nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.
Mərkəzin rəsmisinin sözlərinə görə, Azərbaycanda ilk dəfə 2020-ci ildə Nəbatət bağında qəhvəyi mərmər bağacığının yetkin fərdləri aşkar edilib. Mərmər bağacıq yarımsərtqanadlı həşəratlar dəstəsinin qalxanlı bağacıqlar ailəsinə daxildir. Bağacıq uzunluğu 17 millimetr olan qəhvəyi rəngli həşəratdır. Mərmər bağacığı öz yaxın qohum növlərindən bığcıqlarında olan açıq rəngləri və qarnının kənarında qara-ağ zolaqları ilə seçilir. Başında və kürəklərində kiçik dəyirmi mis və ya maviyə çalan metal rəngli çökəkcikləri var. Başı, sinəsi və ayaqları qara rəngdədir.
Aparılan müşahidələr göstərir ki, mərmər bağacıq kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Bu zərərverici 2016-cı ildə Gürcüstanda fındıq istehsalı sahəsində 50-60 milyon ABŞ dolları dəyərində iqtisadi itkiyə səbəb olub. Təhlükəli zərərvericidən son illər Türkiyənin fındıqçılıq sahəsi də ciddi ziyan görüb. Belə ki, mərmər bağacıq 2017-ci ildə Türkiyədə fındıq bitkisinə 200 milyon, 2018-ci ildə 300 milyon, 2019-cu ildə isə təxminən 500 milyon ABŞ dollar dəyərində ziyan vurub.
Tələt Mehdiyev təsərrüfat subyektlərinə yaşayış yerlərində, əkin sahələrində, bağlarda bu zərərvericiyə rast gəldikdə, mütləq Agentliyin yerli qurumlarına məlumat vermələrini tövsiyə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























