Maliyyə Nazirliyi 2022-ci ilin büdcələrinə dair operativ məlumat yaydı
2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat proqnoza qarşı faktiki olaraq 1 milyard 402,8 milyon manat təşkil etməklə proqnozdan 1 milyard 703,2 milyon manat və ya 54,8 faiz az olub.Maliyyə Nazirliyi 2022-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Marja xəbər verir ki, məlumatda bildirilir:
Gəlirlər
Operativ məlumata əsasən 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 5,0 faiz və ya 1 milyard 462,7 milyon manat artıq icra olunaraq 30 milyard 660,5 milyon manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4 milyard 264,2 milyon manat və ya 16,2 faiz çoxdur.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15 milyard 278,8 milyon manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1 milyard 618,5 milyon manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2 milyard 418,8 milyon manat və ya 18,8 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmaları isə 15 milyard 381,7 milyon manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 milyon manat (1,0 faiz) az olub.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15 milyard 541,5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3 milyard 801,5 milyon manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7 milyard 12,3 milyon manat və ya 82,2 faiz çoxdur.
Həmin vəsaitin 52,0 faizi və ya 8 milyard 82,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 milyon manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 739,9 milyon manat və ya 27,4 faiz çox olub.
Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7 milyard 458,7 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 3 milyard 438,7 milyon manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5 milyard 272,4 milyon manat və ya 3,4 dəfə çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11 milyard 517,5 milyon manat məbləğində transfertə qarşı 7 milyard 923 milyon manat məbləğində vəsait daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3 milyard 594,5 milyon manat və ya 31,2 faiz az istifadə olunmasına imkan vermişdir.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5 milyard 654,6 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1 milyard 49,6 milyon manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1 milyard 311,6 milyon manat və ya 30,2 faiz çoxdur.
Dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 24,9 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 8,9 milyonmanat və 55,6 faiz, 2021-ci illə müqayisədə isə 8,7 milyon manat və ya 53,7 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 804,1 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 29,9 milyon manat və ya 3,6 faiz az, 2021-ci illə müqayisədə isə 191,2 milyon manat və ya 31,2 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 529,1 milyon manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 227,1 milyon manat və ya 75,2 faiz çoxdur.
Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 milyon manat təşkil edib.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 259,1 milyon manat icra olunub.
Xərclər
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32 milyard 63,3 milyon manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4 milyard 640,9 milyon manat və ya 16,9 faiz çoxdur.
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17 milyard 739,9 milyon manatı cari xərclərə (2021-ci illə müqayisədə 1 milyard 151,5 milyon manat və ya 6,9 faiz çox), 12 milyard 533 milyon manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3 milyard 897,8 milyonmanat və ya 45,1 faiz çox), 1 milyard 790,4 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 milyon manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 milyard 577,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1 milyard 280,4 milyonmanat və ya 12,4 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11 milyard 592,6 milyon manat icra olunub.
Dövlət büdcəsinin kəsiri
2022-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 106,0 milyon manat proqnoza qarşı faktiki olaraq 1 milyard 402,8 milyon manat təşkil etməklə proqnozdan 1 milyard 703,2 milyon manat və ya 54,8 faiz az olub.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), daxili və xarici borclanma (976,3 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 milyon manat vəsait hesabına həyata keçirilib.
İcmal büdcə
Operativ məlumata əsasən 2022-ci il icmal büdcəsinin gəlirləri 42 milyard 289,5 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 5 milyard 528,6 milyon manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8 milyard 385,8 milyon manat və ya 24,7 faiz çoxdur.
İcmal büdcənin xərcləri 35 milyard 61 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 milyon manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5 milyard 70,5 milyon manat və ya 16,9 faiz çoxdur.
2022-ci ilin icmal büdcəsində 7 milyard 228,5 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6 milyard 108,5 milyon manat və ya 6,5 dəfə çoxdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 5 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 d. əvvəl
- 24 d. əvvəl
-
25 d. əvvəl
"Qızılın qiymətinin 3800–4050 dollar/unsiya aralığında qalmasına təəccüblənməmək lazımdır"
-
55 d. əvvəl
34 yaşlı müsəlman Nyu-York şəhərinin meri olacaq - SEÇKİLƏRDƏ QALİB GƏLDİ
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Papa John’s” səhmləri 20%-ə yaxın ucuzlaşıb – Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
-
14 saat əvvəl
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
-
15 saat əvvəl
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Hər tərzə uyğun yatırım hesabı
Rəsmi məzənnələr açıqlandı
“Papa John’s” səhmləri 20%-ə yaxın ucuzlaşıb – Apollo şirkəti şəbəkəni almaqdan imtina edib
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
Ən çox oxunanlar
Dolların sabaha rəsmi məzənnəsi müəyyən olunub
İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub









.webp)







.jpg)


