Birjalarda son vəziyyət
Avro dollar qarşısında 1.09$-ə qədər bahalaşa bilər.Ötən həftənin son ticarət günündə ABŞ-da əmək bazarına dair 2022-ci ilin son statistik göstəriciləri dərc olundu. Noyabr ayına nəzərən geriləyən “NFP”-nin dekabr ayında proqnozlaşdırılandan daha çox artmasına baxmayaraq, əmək haqlarındakı geriləmə, həmçinin, sənaye və xidmət sektorlarında iqtisadi aktivliyin neqativ zonaya düşməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu.
Nəticədə dollar indeksi son bir ayda 10-cu dəfə 103.50 bənd hədlərinə gerilədi. DXY bu psixoloji baryerin altına düşsə və “ayılar” qiyməti bu səviyyənin altında saxlaya bilsələr, kanalın aşağı sərhəddi - 100 bənd səviyyəsi test edilə bilər. Əksinə “buğa”lar qiyməti 106 bənd həddinin üzərinə qaytara bilsələr, artım tendensiyası 108 və 110 bənd hədlərinə kimi yüksələ bilər.
Bu həftə cümə axşamı Amerikada dərc olunacaq inflyasiya göstəriciləri dollar indeksində tendensiyanın hansı istiqamət üzrə davam edəcəyində həlledici rol oynaya bilər.
EUR
Cümə günü dolların kəskin ucuzlaşması fonunda EUR/USD məzənnəsi yenidən 1.06$ hədlərinin üzərinə yüksəldi. Təhlillərə əsasən dollar indeksindəki eniş tendensiyası dərinləşərsə, avro dollar qarşısında 1.09$-ə qədər bahalaşa bilər.
GBP
Ötən həftənin sonu 1.21$-a kimi bahalaşan GBPUSD məzənnəsindən tendensiyanın necə davam edəcəyinə bu həftənin cümə günü İngiltərədə açıqlanacaq ÜDM göstəriciləri ciddi təsir edə bilər. Nəticələr proqnozlaşdırılan kimi kəsrlə açıqlanarsa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.
OİLUK
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində, eləcə də Yaponiyada "COVİD-19"-a yoluxma hallarının görünməmiş artımı yenidən sərt karantin tədbirlərini, səyahət qadağalarını gündəmə gətirib ki, nəticədə Brent neftinin bir barel üzrə qiyməti 78$-a ucuzlaşdı. Əgər “ayı”lar qiyməti bu psixoloji dəstək həddinin altına sala və bu həddin altında saxlaya bilsələr, eniş tendensiyası 70$-a qədər davam edə bilər.
GOLD
ABŞ-da ötən həftə Emal Sənayesində Biznes Aktivliyi İndeksi, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi göstəricilərin ardıcıl 3-cü ayda da geriləyərək 2022-ci ili neqativ zonada başa vurması investorların Amerika iqtisadiyyatına inamının daha da azalmasına səbəb oldu. Nəticədə qızıl 1870$ hədlərinə kimi bahalaşdı. Ötən həftəni 1866$-da tamamlayan qiymətli metalın bir unsiya üzrə dəyəri dollar indeksində eniş tendensiyası davam edərsə və “buğa”lar qiymətləri 1870$ həddindəki müqavimət səviyyəsinin üzərində saxlaya bilsələr, 1896$ və 1942$-a kimi bahalaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 d. əvvəl
-
-
28 d. əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
41 d. əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
1 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
1 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
1 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir













.png)















