Yeni Klinikaya yeni təyinat
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə təyinat olub.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən İlqar Mustafayev “Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ. Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində “Türk Dünyası İşletme Fakültəsi”ndə Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, Almaniyada “Frankfurt School of Finance and Management” universitetində Beynəlxalq Səhiyyənin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb.
İlqar Mustafayev əmək fəaliyyətinə 2006-2007-ci illərdə GRBS LLC-də Baş Təlim Meneceri olaraq başlayıb. 2008-2009-cu illərdə USAID təşkilatında “Azərbaycanda Ticarət, İnvestisiya İslahatlarına Dəstək Proqramı” üzrə layihə rəhbərinin köməkçisi vəzifəsində çalışıb. 2010-2015-ci illərdə VITTA Elmi-Texniki MMC-də Tibbi menecer, 2019-2021-ci illərdə yenə VITTA Elmi-Texniki MMC-də Tibbi Biznesin inkişafı departamentinin rəhbəri vəzifələrində çalışıb.
Çalışdığı müddət ərzində bir çox dövlət və özəl xəstəxanaların qurulması və tibbi təchizatları üzrə layihə rəhbəri olub. 2015-2019-cu illərdə German Hospitalda Baş Direktor, 2021-2023-cü illərdə isə "Milli Hematologiya və Transfuziologiya" Mərkəzində İnzibati işlər üzrə müavin vəzifələrində çalışıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 17 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























