VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini azaldıb
(®) VTB (Azərbaycan) Yeni il bayramları ərəfəsində faiz dərəcəsini 1 faiz bəndi – 12,99%-ə qədər endirməklə nağd pul kreditləri üzrə şərtləri yaxşılaşdırıb.
Azərbaycan əhalisi arasında ən çox tələb olunan məhsullardan biri də istehlak kreditləridir. Bu ilin 10 ayının yekunlarına əsasən, bankın bu seqment üzrə kredit portfeli 27% artaraq 68 milyon manata çatıb.
“İlin sonu ənənəvi olaraq müştərilərin ən çox böyük alış-veriş etdikləri və bunun üçün nağd kreditlərə üstünlük verdikləri dövrdür. İstehlak kreditləşməsinə davamlı marağı qeyd edərək, biz borcalanlar üçün təklifimizi təkmilləşdirmək qərarına gəldik. Bu gündən etibarən minimum tariflər illik 12,99%-ə endirilib ki, bu da müştərilərə bayramqabağı xərclərini daha inamla planlaşdırmağa imkan verəcək”, - deyə, VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru Yevgeni Borodin bildirib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
O əlavə edib ki, nağd pul kreditlərinə artan tələbat fonunda əhalinin borc yükünün sürətinin artmasının qarşısını almaq vacibdir, ona görə də bank müştərilərin ödəmə qabiliyyətinə və onların gəlirlərinin kredit borclarına nisbətdə tarazlığın qorunmasına diqqət yetirir.
VTB (Azərbaycan)-da 6 aydan 60 aya qədər 40 min manatadək \nağd kreditlər verilir. Müqavilənin rəsmiləşdirilməsinə görə bank müştəridən komissiya almır. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan alınan bir neçə krediti birləşdirə və onlar üzrə borcunuzu qaytara, həmçinin əlavə vəsait əldə edə bilərsiniz. Kampaniya 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.
İstehlak krediti üçün bankın internet saytında, filiallarda və ya 986 nömrəsinə zəng etməklə əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 28 d. əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























