Azərbaycanda ilk dəfə “Baku International CEO Summit” keçirilib
Noyabrın 15-də ölkəmizdə ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Baku International CEO Summit 2022” tədbiri keçirilib.
Azərbaycan HR İnstitutu’nun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, "Baku International CEO Summit" tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən birincisi “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə dövlət-özəl əməkdaşlığının inkişafı, işgüzar mühit və korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə təşkil olunub.
Tədbirin ekskluziv baş sponsoru dünyanın ən tanınmış istehlak malları istehsalçısı olan “Procter & Gamble” şirkətidir. “Gələn il biz Azərbaycanda 25 illik yubileyimizi qeyd edəcəyik. Biz Azərbaycana 1998-ci ildə gəldik və hazırda portfelimizdəki 16 brendlə 25 ildir Azərbaycan istehlakçılarına xidmət göstərən gündəlik tələbat malları sektorunun liderlərindən biriyik. P&G Azərbaycan olaraq biz aparıcı brendlərimizlə istehlakçılarımızı dinləyir və onlara ən yaxşı məhsullarımızı təklif edirik. Azərbaycana bir çox “ilklər” və “yeniliklər” gətirmək imtiyazımız oldu. Bizim yaratdığımız dəyər təkcə iqtisadi və ticari deyil. Biz güclü təsirə malik sosial məsuliyyətli korporativ vətəndaş olmaq üçün çox çalışırıq. Biz "Baku International CEO Summit 2022" tədbirinin baş eksklüziv sponsoru olmaqdan çox məmnunuq və inanırıq ki, "Baku International CEO Summit” ölkədə davamlı və inkişaf edən biznes platforması olacaq” - P&G şirkətinin Qafqaz və Mərkəzi Asiya Respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu belə bildirib.
Digər sponsorlar isə “Crowe Azərbaycan”, “iSpring Solutions”, “Dərs evi”, “Smart Solutions Group” və Slavyanka-dır.
Tədbirdə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının vəzifəli şəxsləri və dünyanın aparıcı konsultasiya şirkət rəhbərləri ilk dəfə vahid platformada müasir idarəetmə sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, biznesin gələcəyi, rəqəmsal transformasiyalar, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
39 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
45 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























