“XalqBank”ın səhmdarının zeytun bağını məhv etdiyi bildirilir

Sabunçu rayonu Maştağa qəsəbəsindəki keçmiş Subtropik sovxoz adlanan bağlarda meyvə ağacları kökündən çıxarılaraq daşınır və amansızcasına yandırılır. Bu barədə saytına sakinlər məlumat verib.
Sakinlərin bildirdiyinə görə, sovet dövründə sözügedən ərazidə meyvə ağaclarından ibarət bağ salınıb. Bağda zeytun, əncir, badam və digər meyvə ağacları yetişdirilib. Sovetlər Birliyi dağıldıqdan sonra bağ ərazisi pay torpaqları kimi paylanılaraq əksər hissəsi özəlləşdirilib. 42 hektar ərazi isə vaxtı ilə həmin bağlarda çalışanlara tərəvəz məhsullarının əkilməsi üçün icarəyə verilib. Amma sakinlər deyir ki, son üç ildir həmin sahə sakinlərə, bağda vaxtıilə çalışanlara icarəyə verilmir:
“Bu bağın ərazisin 700 hektardan çox idi. Özəlləşdirilərək satıldıqdan sonra ərazidə meyvə ağacları qırıldı, kimisi də bağdan torpaq alaraq ev tikdi. 700 hektardan yerdə 42 hektar bağ qaldı. Üç il əvvələ qədər biz həmin bağdan torpaq icarəyə götürərək göy-göyərti, tərəvəz əkirdik. Amma üç ildir ki, 42 hektarın sahibi Hüseyn Seyidov ərazini sakinlərin istifadəsinə vermir. Ötən ayın 7-də eşitdik ki, bağ ərazisini tikinti üçün hansısa şirkətə satıb. Gedib gördük ki, həmin şirkət bağın ərazisindəki zeytun və digər meyvə ağaclarını kökündən çıxardaraq aparır, ərazini kənd təsərrüfatı təyinatlı torpaq statusundan çıxartmaq üçün yerdə qalan zeytun ağaclarını yandırır. Biz nə qədər çalışsaq da, bunun qarşısını ala bilmirik. Vaxtıilə əkib böyütdüyümüz meyvə ağacları gözümüzün qarşısında beləcə məhv edilir. Ağacların söndürülməsi üçün çağırdığımız yanğınsöndürən maşınlar isə bağın girişində dayanaraq yanğına heç bir müdaxilə etmirlər. Aidiyyatı qurumlardan xahiş edirik ki, illərdir salınan bu meyvə bağının məhv edilməsinin qarşısını alsınlar. Bu bağdan icarəyə götürülən torpaq sahələrindən onlarla sakin tərəvəz əkərək evinə çörək aparırdı. Bunu da bizə çox gördülər. İndi isə bağda ağacları məhv edirlər”.
Hüseyn Seyidovla əlaqə saxlanıb. H. Seyidov isə bağın “İdeal Biznes KO LTD” şirkətinə icarəyə verildiyini, ərazidə tikinti işləri aparılmadığını, ağacların çıxarılaraq daha məhsuldar zeytun ağacları ilə əvəzləndiyini bildirib:
“Düzdür, ağaclar çıxarılır, amma o ağaclar Bayraq Meydanı tərəfdə əkilir. Bağa isə daha məhsuldar, istehsal üçün yağlılığı, məhsuldarlığı yüksək olan zeytun ağacları əkiləcək”.
H. Seyidov ərazidəki ağacların yandırılaraq məhv edilməsindən xəbərsiz olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev isə məsələdən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, ağacların çıxarılması, yandırılması ilə bağlı sakinlərdən Departamentə məktub daxil olub:
“Həmin şəkildə göstərilən faktarın araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinə müraciət olunub. Meyvə ağacların məhv edilməsi barədə araşdırma aparılaraq zəruri tədbirlər görüləcək”.
Qeyd edək ki, “İdeal Biznes KO LTD” “XalqBank”ın səhmdarlarından biridir.
© Mövqe.az
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Pomidor ixracından gəlir artıb - 6 AYDA 149 MİLYON DOLLAR QAZANC
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Azərbaycanda 2 günəş elektrik stansiyası üçün modullar Çin şirkətindən alındı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlk 6 ayda 18 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
-
3 saat əvvəl
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət!
-
3 saat əvvəl
Mərkəzi Bank Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı ilə anlaşıb
-
3 saat əvvəl
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
-
3 saat əvvəl
“Azər-Türk Bank”ın cəmi aktivləri 2 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
“AzSığorta”və “Qala Sığorta”ya icrası məcburi sərəncam verilib
Son Xəbərlər

Pomidor ixracından gəlir artıb - 6 AYDA 149 MİLYON DOLLAR QAZANC

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

20-dən çox platforma operatoru 5000 manat cərimələnib

Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət!

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

“Azər-Türk Bank”ın cəmi aktivləri 2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar

Azərbaycan tikinti sənayesində bir ilk!

Azərbaycanda qaz sayğacları dəyişdiriləcək - 2,5 milyon ağıllı sayğac quraşdırılacaq

Sabahın hava proqnozu

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 3 DƏFƏ KİÇİLİB

XalqKart-la Azpetrol YDM-lərində 7% keşbek/petrol!
