Sadaxlı Gömrük Postunun rəisi saxlanılıb - YENİLƏNİB
"Azərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb",- yerli KİV yazır.
Məlumata görə, əməliyyatı Dövlət Təhlükəsilzik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qaçaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları haqda məlumatlar var.
Bildirilir ki, M.Həsənovun həmin şəxslərə dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğundan məsələ araşdırılıb və əməliyyatın gerçəkləşdirilməsi qərarı verilib. Əməliyyat zamanı M.Həsənovla yanaşı, 4 şəxs də tutulub. Həmin şəxslərin Gəncə sakinləri olduqları da bildirilir. Hazırda M.Həsənov istintaqa cəlb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə həbsdədir. Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini - əsasən dollar şəklində çıxarıb və ölkəyə qaçaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstan ərazisinə adlaya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmin edə bilirmiş. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriyə heç bir yoxlamadan keçmədən sərbəst hərəkət edə bilirmiş. Həmin maşınlar vasitəsilə daşınınların nədən ibarət olmasını istintaq araşdırır.
Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Musenidze saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrdə yayılan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. “İstintaqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilirdi.
Qeyd edək ki, M.Həsənov YAP-ın Siyasi Şurasının üzvü, deputat Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.
"QARDAŞIM HƏBS OLUNMAYIB"
Deputat Məlahət İbrahimqızı qardaşının həbs olunması xəbərinə münasibət bildirib:
"Qardaşım həbs olunmayıb, hazırda iş başındadır. Bu qərəzli informasiyadır. Hansısa jurnalistin DTX adından belə yanlış informasiya verməsi heç cür qəbul olunmazdır".
© musavat.com, Qafqazinfo.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
7 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
8 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
8 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)











