3-cü Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli oldu!
“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli olub.
“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə maliyyə və investisiya sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
“Baker Tilly” şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderator olacağı "İnvestisiya Strategiyaları" panelində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Ruslan Xəlilov, "AzFinans İnvestisiya Şirkəti"nin direktoru İntiqam Səfərəliyev və Asiya İnkişaf Bankının investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov öz təcrübələrini bölüşəcəklər.
"Caspian Business Solution" şirkətinin təsisçisi Emin İsmayılovun moderatorluğu ilə baş tutacaq "Vergi və Hesabatlılıq" panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, “KPMG Azərbaycan” şirkətinin vergi xidmətləri üzrə direktoru Rizvan Qubiyev, “PwC Avrasiya” şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, "Good Finance" şirkətinin direktoru Vüsal Səlimov və "Accounting.Az" konsaltinq şirkətinin direktoru Ramin Ramazanov çıxış edəcək.
Forumun III paneli Niyazi Abbasovun moderatorluğu ilə keçiriləcək. "Maliyyələşmə Strategiyaları" panelində Asiya İnkişaf Bankının Özəl sektor əməliyyatları departamentinin investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelos, "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev, SOCAR (Türkiyə) şirkətində neft emalı və neft kimya qrupunun maliyyə rəhbəri Elçin İbadov və “Azərbaycan Fintex Assosiasiyası”nın icraçı direktoru Azər Əkbərov maliyyə və investisiya sahəsinə aid fikirlərini bölüşəcəklər.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/fifbaku.az
İnstaqram: https://www.instagram.com/fifbaku.az/
Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/
İlin ən böyük maliyyə və investisiya tədbirinə hər kəs dəvətlidir!
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
39 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
45 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























