Yuan dollar qarşısında 2008-ci ildən bəri ən aşağı səviyyəsinə düşüb
Yuan dollar qarşısında ucuzlaşaraq 2008-ci il maliyyə böhranının minimumuna yaxınlaşıb.Cümə günü Çin yuanı ABŞ dolları qarşısında eniş trendinə qayıdıb və 2008-ci il qlobal maliyyə böhranının minimumlarına yaxınlaşıb.
Bazar açılmazdan əvvəl Çin Xalq Bankı dollar/yuan məzənnəsini cümə axşamı günü 7,1188 səviyyəsinə qarşı 7,1186 səviyyəsində müəyyən edib. Kontinental bazarda məzənnə 7.2320-də açılıb və 7.2479-adək yüksəlib.
Məzənnədə 7.2479 səviyyəsi son 14 ilin ən yüksək səviyyəsi olan 7.2521-dən çox da uzaq deyil. Əgər məzənnəni həftəni bu səviyyədə başa vurarsa, o zaman həftə ərzində yuan 0,74%, ilin əvvəlindən isə 12,3% dəyər itirəcək.
Treyderlər, dolların digər əsas valyutalar qarşısında bahalaşması ilə yuanın daha da zəifləyəcəyini gözləyirlər, çünki Fed rəsmiləri siyasətin sərtləşdirilməsində ləngimə ilə bağlı heç bir işarə vermirlər.
Dollar/offşor yuan məzənnəsi 7,2640 səviyyəsində ticarət olunub ki, bu da kontinental bazardan bir qədər yüksəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























