Muğanbankdan yeni biznes krediti
(®) Muğanbank kiçik və orta biznesə dəstək məqsədilə müştərilərə yeni biznes kredit növlərini təklif edir.
Belə ki, sahibkarlara maliyyə resurslarına daha səmərəli və sürətli çıxışını təmin edərək Muğanbank “İnvoysların Maliyyələşdirilməsi” və “Sifarişlərin Maliyyələşdirilməsi” biznes kredit növlərini təqdim edir.
“İnvoysların Maliyyələşdirilməsi” kredit növü ilə kiçik və orta biznes sahibkarlıq fəaliyyəti ilə məşğul olan, rəsmi müqavilələr üzrə mal və xidmətlər satan fiziki və hüquqi şəxslər, elan edilmiş invoys və hesab-faktura əsasında debitor borclarının ödənişini həyata keçirə bilərlər. Faizin daha əlverişli olması, minimal sənəd tələbi, eləcə də girov tələbinin olmaması kreditin əsas üstünlükləridir. Sahibkarlar müvafiq sənədləri təqdim etməklə Muğanbankdan invoysda göstərilmiş məbləğin 90%-dək məbləğini əldə edə bilərlər.
“İnvoysların Maliyyələşdirilməsi” kreditinin digər xüsusiyyətləri:
-Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN
-Müddət: 3 ayadək
-Güzəşt müddəti: 2 ay
-İllik faiz dərəcəsi: 11 %-dən başlayaraq
Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz – LİNK
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























