Adviad platforması “Start Venture” proqramının qaliblərindən biri oldu – FOTO
Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ölkənin siyasi rəhbərliyi, diplomatlar, işgüzar dairələrin nümayəndələri və tərəfdaşlarla, həmçinin AYİB-in “Star Venture” proqramının qalibi olmuş Azərbaycanın “Adviad”, “Push30” və “Recepta” startaplarının rəhbərləri ilə görüşüb.
“Star Venture” proqramının məqsədi perspektivli startapların potensialının icrasına dəstək verməkdir. Proqram ilk dəfə olaraq 2022-ci ildə Azərbaycanda, həmçinin Şərq Tərəfdaşlığına daxil olan 4 ölkədə həyata keçirilib.
Odil Reno-Basso Proqramda iştirak etmək üçün müraciət etmiş 190-dan çox iddiaçı arasından seçilmələri münasibətilə Rasim Davudovu (Adviad), Adil Qasımovu (Push30) və Rauf Heydərlini (Recepta) təbrik edib, rəhbərlik etdikləri şirkətlərin yeniliklərə, davamlılığa və mükəmməlliyə sadiqliyini yüksək qiymətləndirib və onları sertifikatlarla təltif edib. Bankın prezidenti vurğulayıb ki, genişlənmə bacarığı və beynəlmiləlləşmə potensialı startapların seçilməsində əsas meyarlar olub.
“Adviad” – cəmi bir neçə kliklə on müxtəlif platformada eyni vaxtda reklam yerləşdirməyə imkan verən çoxkanallı reklam platformasıdır.
“Recepta” - hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir.
“Push30” - korporativ idman imtiyazları, güzəştləri və endirimləri təklif edən platformadır. Platforma öz üzvlərinə paytaxtda və ölkənin bir neçə şəhərində fəaliyyət göstərən 70-dən çox fitness mərkəzinə limitsiz giriş imkanı yaradır.
Xatırladaq ki, yüksək potensiala malik startaplar “Star Venture” proqramı çərçivəsində 50 min avro dəyərində fərdi məsləhət və mentorluq, maliyyə və qlobal şəbəkələrə çıxış, eləcə də biznesin genişləndirilməsi imkanlarından yararlana biləcək.
Bildirək ki, “Star Venture” proqramı perspektivli startapların, akseleratorların və məsləhətçilərin öz potensiallarını üzə çıxarmasına yönəlmiş AYİB-in aparıcı proqramlarından biridir.
AYİB-in "Star Venture" proqramı Azərbaycanda Avropa İttifaqı tərəfindən dəstəklənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
29 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 41 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır





















