Dövlət Xidməti "Azərsun Holdinq"in 2 şirkətinə böyük məbləğdə sanksiya tətbiq etdi
"Azərsun Holdiq"ə daxil olan “Azərbaycan Duz İstehsalat Birliyi” və “Sun Food” şirkətləri əsassız qiymət artırdıqlarına və rəqabət qaydalarını pozduqlarına görə dövlət büdcəsinə 1 milyon 258 min 447 manat ödəməlidirlər.“Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti əsasında “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılıb.
Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən istehsal edilən və “Sun Food” MMC tərəfindən daxili bazarda satılan duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər Dövlət Xidməti tərəfindən təhlil edilib.
Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-yə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 min 473 manat məbləğində, Sun Food” MMC-yə isə 567 min 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.
“Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC-yə duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi barədə göstəriş verilib.
Əlavə olaraq, Dövlət Xidməti tərəfindən verilmiş göstərişə əsasən, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC duz məhsullarının istehsalı və satışı zamanı rəqabəti təmin etməli, duz məhsullarının satışı ilə bağlı müraciət etmə qaydası və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlamalıdır.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC şirkətləri "Azərsun Holdiq"ə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























