Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək
Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, embrion transferi tətbiqini əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır.
Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni mayalanma Mərkəzinə 35 baş “Simmental” cinsindən düyələr gətirilib. Oktyabr ayından başlayaraq düyələrə Almaniyanın “Bayenr genetik” şirkətində istehsal olunan embrionların köçürülməsinə başlanacaq.
Embrion transferi prosesini həyata keçirəcək Respublika Süni Mayalanma Mərkəzinin 10 mütəxəssisi Almaniyada müvafiq kurslarda iştirak ediblər.
Qeyd edək ki, embrion transferi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrində uğurla tətbiq edilsə də, ölkəmizdə praktik olaraq tətbiq olunmayıb. Buna səbəb transfer üsulunun baha olması və südlük istiqamətli fermaların azlığı səbəbi ilə embrion transferinə tələbin formalaşmaması idi.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdürəhmanovun sözlərinə görə, son illər Azərbaycanda böyük südçülük təsərrüfatlarının yaradılması, təsərrüfatlarda rasional, müasir idarəetmə üsullarının tətbiqi embrion transferinə marağı artırıb.
“Bu üsulun tətbiqi təcrübəsi göstərir ki, məhsuldar cinslərin baş sayının artırılması təsərrüfatların rentabelliyini yüksəldir, ət və süd məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olur, məşğulluq və istehsal prosesinə əhəmiyyətli töhfə verir.
Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 8 d. əvvəl
-
56 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























