VTB (Azərbaycan) təhsil işçiləri üçün nağd kreditlər üzrə minimum faiz dərəcəsini tətbiq edir
(©) VTB (Azərbaycan) təhsil işçiləri üçün istehlak kreditlərinin şərtlərini yaxşılaşdırır.
Əmək haqqının məbləğindən, kreditin məbləğindən və müddətindən asılı olmayaraq bank onlar üçün illik 13,99% kredit üzrə sabit faiz dərəcəsi müəyyən edib. Müştərilər xüsusi təklif çərçivəsində cari ilin 15 sentyabr - 5 oktyabr tarixlərində nağd pul krediti üçün müraciət edə biləcəklər.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 30 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Əhalinin imtiyazlı kateqoriyalarına, o cümlədən dövlət sektorunda çalışanlara dəstək bank üçün strateji istiqamətdir. Ona görə də biz qərara gəldik ki, nağd pul krediti üzrə yeni təklifimizi məhz Müəllimlər Günü üçün təklif edək. Bizim üçün vacibdir ki, müştərilərimiz öz xərclərini əvvəlcədən və sərfəli şərtlərlə planlaşdıra bilsinlər və müxtəlif məqsədlər üçün əlavə maliyyə vəsaiti ala bilsinlər”, - deyə, VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin şərh edib.
İstehlak kreditləri ölkədə əhali arasında ən populyar məhsullardan biridir. 2022-ci ilin yanvar-avqust aylarında VTB (Azərbaycan) 34,3 milyon manatdan çox məbləğdə 6,9 min nağd pul krediti verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 24,5% artaraq 2022-ci ilin avqust ayının sonunda 66,6 milyon manat təşkil edib.
İstehlak krediti üçün bankın internet saytında, filiallarda və ya 986 nömrəsinə zəng edərək, əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
22 d. əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
-
43 d. əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarğıdalı sahələrinin sığortası başa çatır – SON 3 GÜN! – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
-
2 saat əvvəl
Azərbaycan dövləti 2-ci yarımildə borcunu 3,8 milyard manat artırmağı planlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir sıra proqnozlar yenilənib
Ən çox oxunanlar
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
“FERRUM Kapital” 14%-lik istiqrazlarla 1 milyon manat cəlb edir
Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər
Avqustun 19-da gözlənilən hava şəraiti











.png)













