Bu düyülər elə dəyirmanda satılır
Sertifikatlı toxum olarsa, məhsuldarlığı iki dəfə artırmaq olarAstarada 200 hektardan çox çəltik əkilən sahədə məhsul yığımı davam edir. Havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluq sayəsində bol məhsul yetişdirilib. Əkində yerli iqlimə uyğun “Haşımi”, “Apola”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” toxum növlərinə üstünlük verilir.
Ekoloji təmiz, təbii Astara düyüsü əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Pensər, Şiyəkəran kəndlərində yetişdirilir. Bu il təkcə Artupada 55 hektar sahədə çəltik əkilib.
Çəltik əkən fermer Rəsul İmanov: “Şükür Allaha, dövlətimiz bizə torpaq verib. Boş saxlamırıq, əkirik. Dədə-babadan bu işlə məşğuluq. Təbii düyüdür. Hər il az əkirdim. Bu il isə sahəni 1 hektara yaxın artırdım. Toxum əldə etməklə bağlı dəstək olarsa, həm sahəni artırardıq, həm də məhsuldarlıq yüksələrdi. Bizim toxum cır olduğuna görə sahədən 3,5 ton məhsul götürürük. Xaricdən gələn toxumlar olarsa, məhsuldarlığı iki dəfə artıra bilərik”.
Fermerlər toxumluq olaraq özlərinin əldə etdikləri çəltiyi əkirlər. Deyirlər ki, sertifikatlı toxum olarsa, daha çox məhsul götürmək olar.
“Builki məhsulumuz keçənilkindən yaxşıdır - 4,5 ton. Ötənilkindən təxminən ton yarım çox. Keçən il suvarmada da problem oldu, bu il isə yaxşıdır”, - deyə digər fermer Azər Əliyev bildirir.
Artupa çəltikçiləri məhsulu elə kəndlərində fəaliyyət göstərən iki emal müəssisəsində üyüdürlər. Hətta qonşu kəndlərdən də gələnlər olur.
Kombaynçı Nizam Şərifov: “Gün ərzində 1,5 hektar sahəni biçirik. Müasir texnikadır, yaxşı biçir, yerə tökülmür. Yaxşı da məhsul götürülür”.
Çəltikdən 60 faiz təmiz düyü əldə olunur, qalanı xırdın və yarma kimi götürülür. Satışına gəlincə, fermer Mehman Quliyev deyir ki, dəyirmanda istehsal olunan düyülər elə dəyirmanda satılır: “Burada təmizlənən düyü bazarlara, marketlərə verilmir. İstəyən gəlir, bizdən alır. Azərbaycanın hər yerindən gəlirlər. Turistlər də alırlar”.
Bu günədək Astarada hektara 42 sentner olmaqla, 600 tondan çox çəltik yığılıb. Yığım sentyabrın sonuna kimi davam edəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azzərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
- 8 d. əvvəl
- 13 d. əvvəl
- 29 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
3 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
3 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
























