Azərbaycan balı dünyada 3-cü olub
Bu ilin avqustun 24-dən 28-dək Türkiyənin İstanbul şəhərində keçirilən Arıçılıq Assosiasiyalarının Beynəlxal Federasiyasının (APİMONDİA) 47-ci Konqresində Azərbaycan balı dünyada 3-cü olub.
"Marja" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 22 nəfərdən ibarət üzvi təmsil edib. Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb. Konqresdə arıçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb, arıçılıq məhsullarının sərgisi keçirilib, istehsal olunan arı məhsullarının müsabiqəsi təşkil edilib.
Sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdirib, ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim edilib.
APİMONDİA-nın strategiyasına uyğun olaraq konqresdə iştirak edən ölkələr öz məhsullarını müsabiqəyə təqdim edərək yarışda iştirak ediblər. Azərbaycan istehsalı olan arıçılıq məhsulları da müsabiqəyə təqdim edilib. Müsabiqədə ballar 7 ölkədən seçilmiş 42 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib. Balların təbiiliyi, keyfiyyəti, nəmliyi, mənşəyi, tərkibində antibiotiklər və digər qalıqların olub-olmaması yoxlanılıb, görünüşü, dadı, qoxusu, ətri qiymətləndirilib.
VII Azərbaycan Arıçılıq Konfransdakı bal müsabiqəsində 1-ci və 2-ci yer olmaqla 5 medal qazanan “Qinyətoğulları” şirkəti bu dəfə dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























