ABB-nin Azercell kartlarını yarı qiymətinə əldə etmək fürsəti!
(®) ABB Azercell kobrend kartları ilə bağlı möhtəşəm yenilik edib. Bu kartları onlayn kanallarla (ABB mobile tətbiqi, https://abb-bank.az/) sifariş verənlər onu 50% endirimlə, cəmi 5 manata əldə edə bilərlər.
Endirim imkanı 30 sentyabr 2022-ci il tarixinə qədər keçərlidir. Kampaniya müddətində Azercell kobrend kartı əldə etmiş müştərilər bu kartla mobil cihazlarla etdikləri minimum 20 manat həcmində ilk nağdsız ödənişlər zamanı 600 bonus (7 GB internet paketi) qazanacaqlar.
Hədiyyə bonuslar kampaniya bitdikdən sonra 15 gün ərzində müvafiq şərtlərə uyğun olaraq müştərinin bonus balansına əlavə ediləcək.
ABB-nin Azercell kobrend kartları müştəriyə gündəlik xərclərindən qazanmaq fürsəti yaradır. Belə ki, kart sahibi nağdsiz ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edir. Bankla tərəfdaş məkanlarda edilmiş alış-verişlər zamanı da bal formasında əlavə keşbeklər toplanır. Toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişmək olur. Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da açdırmaq mümkündür. ABB-nin Azercell kobrend kartlarını buradan sifariş verə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























