Azərbaycanda hər fermerin məsləhət ala biləcəyi aqronom
Bundan sonra Azərbaycanda hər fermerin məsləhət ala biləcəyi bir aqronom olacaq.
Azərbaycanda kənd təsərrüfatı sahəsində ilk dəfə fermerlər üçün diaqnostik və məsləhət proqramı istifadəyə verilmişdir. “Dr. Agro” adlanan mobil proqramı Azərbaycanın ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro” tərtib etmişdir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, fermerlər artıq bu proqramın yazışma, şəkil göndərmək və birbaşa zəng kimi funksiyalarından istifadə etməklə kənd təsərrüfatı ilə bağlı yaranmış ümumi suallara 24-36 saat ərzində cavab tapa və ya bitki xəstəliklərini, həşəratları və yararlı qida maddələrinin çatışmazlığını müəyyən edə bilərlər. Dr. Agro həm ənənəvi, həm də alternativ müalicə üsulları təklif edərək birbaşa problemlərinqarşısını almağa kömək edəcək.
Xatırladaq ki, xaricdə təhsil almış bir qrup gənc tərəfindən yaradılmış startup konseptində fəaliyyət göstərən “NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri, həmçinin bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə əməkdaşlıq etməkdədir. Əsas məqsəd iqtisadiyyatının post-neft dövrünü yaşayan Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarların bizneslərinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək rəqabətə davamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir.
Yükləmək üçün: https://play.google.com/store/apps/details?id=com.heptahedron.flowers
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
30 d. əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
-
1 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərpambıq”da yeni təyinat — tanınmış kommunikasiya mütəxəssisi şöbə müdiri oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tramp Özbəkistana səfər etmək istəyir
Ən çox oxunanlar
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
Azercell yeni “Oyun Portalı”nı istifadəyə verir ®
Xalq Bankdan yeni XalqKart Taksit kartları ®
























