“Fermerlərlə birbaşa əməkdaşlıq edirik ki, istehsalçılar məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsin” – Sərdar Ceylan
Veysəloğlu Şirkətlər Qrupu müştərilərini təbii meyvə-tərəvəzlə təmin etmək məqsədilə məhsulların birbaşa fermerlərdən alışını təşkil edir. Şirkətlər Qrupunun niyyəti həm alıcıları mümkün uyğun qiymətə və təbii məhsullarla təmin etmək, həm də kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır. Müsahibimiz Veysəloğlu Şirkətlər Qrupunun meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylandır.
-Veysəloğlu Şirkətlər Qrupuna aid mağazaları meyvə-tərəvəzlə təmin etmək üçün birbaşa fermerlərlə əməkdaşlıq etdiyiniz haqqında yazıya rast gəlmişdim. Fermerlərlə təmasınız nə üçün qurulub?
-Bizim əsas məqsədimiz müştərilərimizə daha dadlı və sağlam məhsullar təqdim etməkdir. Buna görə də Azərbaycanın bütün nöqtələrində istehsalatla məşğul olan fermerlərlə əlaqə yaradıb məhsulun birbaşa alışını həyata keçiririk. Bu, bizim üçün niyə önəmlidir? İlk növbədə təzə məhsula əlimiz tez çatır. Alıcılarımız xüsusilə kartof, soğan, sarımsaq, kök, kələm, çuğundur, alma, şaftalı, gilas, gavalı və çiyələk növləri üzrə yerli dad fərqini rahatlıqla anlaya bilirlər. Bununla da hər dəfə rəflərdə təzə və münasib qiymətə məhsulları görən müştərinin məmnuniyyəti artır.
-Sərdar bəy, yaxşı, bəs bu əməkdaşlıq fermerlərə nə qazandırır?
-Biz fermerlərlə ədalətli ticarət prinsipinə əsaslanan münasibətlər yaradırıq. Əlimizdən gələni edirik ki, həm biznesimiz, həm də istehsalçılar, yəni bu fermerlər üçün əlverişli şərtlərlə əməkdaşlıq edək. Ədalətli ticarət deyəndə, nəyi nəzərdə tuturam? İstehsalçılara planlaşdırma ilə bağlı dəstək oluruq. Beləliklə, fermerlər “görəsən, bu məhsulu sata biləcəyəmmi” sualı ilə narahat olmadan çalışmağa davam edirlər. Satıla bilməyən məhsul həm israf, həm də əməyin hədər olmasıdır. Ona görə də məhsulun bol olduğu mövsümdə belə, fermerlərin məhsullarını tam sata bilməmə, yəni israf problemini birlikdə həll edirik. Fermerlərlə əməkdaşlığımızın “qızıl qayda”sı isə məhsullarının satışı müqabilində ödənişlərinin vaxtı-vaxtında edilməsidir.
Bizimlə əməkdaşlığın nəticəsi olaraq, yerli fermerlər öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmək fürsəti əldə edirlər. Biz də öz növbəmizdə bazara münasib qiymətə məhsul çıxartmaq şansı qazanırıq.
-Bəs bu təbii məhsulların istehlakçıya təravətli şəkildə çatdırılmasını necə təmin edirsiniz?
-Alıcılara təklif etdiyimiz məhsulların təzə və keyfiyyətli olmasına hər zaman həssaslıqla yanaşırıq. Bu məqsədlə Şirkətlər Qrupu olaraq, öz soyuq anbarımızı yaratmaq qərarına gəldik. 25 milyon vəsait yatırılan yeni logistik mərkəzin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır. Həmçinin məhsulların mükəmməl keyfiyyətdə çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 35 ədəd ikili temperaturu olan yük avtomobili almağı nəzərdə tuturuq.
Müştərilərimizin təravətli meyvə-tərəvəz çeşidlərindən məmnun qalması üçün dayanmadan çalışırıq, yeniliklər edirik. Veysəloğlu Şirkətlər Qrupu logistik əməliyyatların effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğanın qəbulu və saxlanılması məqsədilə Mingəçevir və Salyanda yerli saxlama məntəqələri yaratmışdı. Bu il isə “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması ilə həmin region kəndlilərinin işi asanlaşdı. Kəndlinin qazancı nə oldu? Artıq istehsalçılar məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmir, onu yaşadığı ərazidə bizə təqdim edə bilir. Məhsullar “soyuq zəncir” standartları tətbiq edilməklə ölkə daxilindəki bütün “Araz” və “OBA” mağazalarına həftənin 7 günü fasiləsiz çatdırılır. Beləliklə, təbii məhsulları alıcılara həqiqətən münasib qiymətə təklif edə bilirik.
-Məhsulun keyfiyyəti ilə bağlı həssas olduğunuzu dediniz. Bəs qiymətlər necə?
-Bizim üçün əsas prioritet məhsulun dadı, sonra rəf ömrü, daha sonra isə məhsul standartlarının qorunması və düzgün qablaşdırılmasıdır. Hər qutunun üzərində hansı fermerin məhsulu olduğu və tarix mütləq şəkildə yazılır və mağazalara göndərilir. Tədarük zənciri prosesini diqqətlə izləməyimiz sayəsində bütün müsbət və mənfi rəyləri nəzərə alırıq və işimizi buna görə qururuq.
Qiymətə gəldikdə, səmimi etiraf edim ki, qiyməti bazar, iqtisadi və geosiyasi mühit müəyyən edir. Meyvə-tərəvəz o qədər həssas bir məhsuldur ki, buradakı qiymətin formalaşmasında həm də hava şəraiti, logistik məsələlər və s. rol oynaya bilir.
-Bəs siz bu prosesə necə təsir göstərə bilərsiniz?
-Məhsulu vasitəçi olmadan, birbaşa fermerin özündən əldə etməyimiz bizə qiymətləri mümkün qədər münasib saxlamağa imkan verir. Alıcılarımız məhsullar üzrə yerli dad fərqini asanlıqla anlaya bildikləri kimi, qiymət fərqini də müşahidə edə bilərlər.
-Müştəri təcrübəsinin alış prosesində vacib olduğunu bilirik. Bəs siz müştərilərə xidmətdə hansı yenilikləri tətbiq edirsiniz?
-Bu il biz məhsullarımızın çeşid müxtəlifliyinə xüsusilə diqqət yetirdik. Bir sıra yeni məhsul və çeşidləri sınadıq. Bunlardan müştərilərin ən çox bəyəndiyi məhsullar üzrə növbəti il üçün əməkdaşlıq edəcəyimiz fermerləri müəyyən etdik və məlumat bazasını yaratdıq. Bu, müştərilərimizin ağız dadına uyğun məhsulları təqdim etməyimizdə önəm verdiyimiz bir məsələdir. Bir misal çəkim. Qarpızla bağlı mövsümdən əvvəl araşdırmalar etdik və bütün dünyada məşhur olan hibrid F1 qarpız növlərinin becərilməsini fermerlərə təklif etdik, hətta məhsulun böyüklüyü və dadı ilə bağlı üstünlüyü olan toxumları əkmələrini tövsiyə etdik. Nəticələr müsbət oldu.
-Yəqin ki, tarladan birbaşa rəflərə gətirilmiş meyvə və tərəvəzin dadı da fərqli olar?
-Burada əsas məsələ vaxtında yığılmış, təravətli məhsulları ən qısa müddətdə rəflərə çatdırmaqdır. Qrupumuza aid marketlərdən meyvə-tərəvəz alan müştərilər məhsullarımızın təzəlik və keyfiyyət fərqini anlaya bilərlər.
Bir də axı meyvə-tərəvəzin müştəriyə çatdırılması yalnız bir kommersiya fəaliyyəti deyil, bu, həm də sağlam qidalanmanın təbliğidir. Meyvə və tərəvəz elə təravətli olmalıdır ki, mağazaya hətta başqa məhsul almağa gələn insan bir kiloqram təzə meyvə-tərəvəz də alıb evinə aparmaq istəsin.
-Fermerlər məhsulunu mağazalarda satışa çıxartmaq üçün nə etməlidir?
-Fermer kimi çalışmaq hüququna malik hər kəs bizimlə işləyə bilər. Bir məqama xüsusilə diqqəti cəlb etmək istəyirəm. Müqavilə bağladığımız fermerlərə sentyabr ayından etibarən gübrə ilə bağlı dəstək göstərməyi planlaşdırırıq, hazırda bu fəaliyyət üçün hazırlıq işləri gedir. Qeyd edim ki, artıq aqronomlarımız vasitəsilə fermerlərə texniki dəstək də göstəririk.
Bir az da rəqəmlərə baxaq. Veysəloğlu Şirkətlər Qrupu hazırda 91 fermerin məhsulunu öz mağazalarında müştərilərə təqdim edir. İlin ilk 6 ayı ərzində təqribən 4,7 milyon manat dəyəri olan 5,800 tonluq meyvə-tərəvəz çeşidinin fermerlərdən alışı baş tutub. 100-ə yaxın əkin sahəsində isə fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib. Artıq növbəti mövsüm üçün razılıq əldə olunub, bu isə istehsalçının məhsul əkinini düzgün planlaşdırmasına kömək edir, satılmayan məhsulun israfının qarşısını alır.
Öz məhsullarının birbaşa Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” mağazalarında satılmasını istəyən fermerləri +994559002424 nömrəsi ilə əlaqə saxlamağa dəvət edirik. Tarladan süfrələrimizə gələn meyvə və tərəvəzi bizim üçün yetişdirən bu zəhmətkeş insanlarla çalışmaqdan zövq alırıq.
Müştərilərin xəbərləri
                        “Azərikard” banklararası əməkdaşlığı yeni səviyyəyə yüksəldir – Bratislava və Vyanada beynəlxalq görüşlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
 - 1 ay sonra
 - 5 gün sonra
 - 
                         
                     - 
                     33 d. əvvəl
                    
Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
 - 
                     1 saat əvvəl
                    
AccessBank “Access2Success” layihəsinə dördüncü dəfə start verdiyini elan edir
 - 1 saat əvvəl
 - 2 saat əvvəl
 - 
                     2 saat əvvəl
                    
"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
 - 2 saat əvvəl
 - 
                     3 saat əvvəl
                    
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
 - 3 saat əvvəl
 - 3 saat əvvəl
 
Son Xəbərlər
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
                                    Biznesiniz üçün QISA NÖMRƏ alın
                                İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
                                Prezident İlham Əliyev Özbəkistana səfərə dəvət edilib
                                Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
                                Qısa ulduz nömrələri haradan almaq olar?
                                Bakı Fond Birjası ticarət dövriyyəsinin həcmini açıqladı
                                Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
                                Təhsildən kənarda qalan uşaqlar
                                Dünyanın ən böyük neft şirkəti, hasilatın artması fonunda xalis mənfəətinin artdığını açıqlayıb
                                Nintendo, əsas oyun konsolunun (Switch 2) artan populyarlığı fonunda satış proqnozunu 19 milyon ədədə qaldırıb
                                Antiinhisar: Aeroportda taksi probleminin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir
                                BP, neft və qaz hasilatının artması sayəsində 3-cü rübdə proqnozu üstələyən mənfəət əldə edib
                                

                        
                    






                                
                                
                                
                                
                                
.webp)






.jpg)

