"Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq"
Dünya bazarında qəhvə bahalaşıb.
Bunu ilk növbədə qəhvənin vətəni olan Braziliyada qiymətlərin artması ilə izah edirlər.
Bu ölkədə qəhvə plantasiyaları ötən il baş vermiş quraqlıqdan, daha sonra isə şaxtadan böyük ziyan çəkib, odur ki, yerli fermerlərin bol məhsul yığmaq planları özünü doğrultmayıb. Son nəticədə əmtəə birjalarında qəhvəni qiyməti son 10 ilin rekordlarını qırmağa başlayıb. Belə ki, Braziliya qəhvəsinin bir funtunun dəyəri 2,58 ABŞ dollara qədər artıb, hazırda isə qiymət 2,23 ABŞ dolları olmaqla sabtlləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 35% artım deməkdir.
Braziliya ilə yanaşı, digər aparıcı qəhvə ixracatçısı olan Kolumbiyada da plantasiyalar pis hava şəraitindən əziyyət çəkib. Bu ölkədə təsərrüfatların bir hissəsində məhsuldarlığın iki dəfə azala biləcəyi gözlənilir. Kolumbiyada qəhvə istehsalı, alqı-satqısı və ixracı ilə məşğul olan fermerlərin bir hissəsini birləşdirən "Minasul" kooperativi 2022-ci ildə istehsalın ümumi həcminin 1 milyon paketə qədər azalacağını gözləyir.
Qəhvəni bahalaşdıran təkcə qıtlıq deyil. Bu amillərə həm də dünyada logistikada sahəsində yaranmış çətinliklər - daşınma xərclərinin artması aiddir. Beynəlxalq Qəhvə Təşkilatının hesablamalarına görə, bu içkiyə qlobal miqyasda tələb təklifi üstələyə bilər. Son nəticədə bütün ölkələrdə, o cümlədən Azərbaycanda qəhvə bahalaşa bilər. Bunu Azərbaycandakı kofeşopları qəhvə ilə təmin edən şirkətin mütəxəssisi Samir Quliyev istisna etmir: "Biz dünya birjalarındakı qiymətə uyğun olaraq qəhvə alırıq. Birjalarda qiymətlər qalxsa, bizdə də avtomatik olaraq qalxacaq".
Onun sözlərinə görə, hazırda Azərbaycana iki növ qəhvə tədarük edirlir: "Biri brend markall mağazalarda satışda olan qəhvədir. Digəri isə “Special coffe” adlanır. Belə məhsulların üzərində qəhvə ilə bağlı məlumat olur. Qəhvə hansı fermada yetişdirilib, necə emal olunub, qovurma tarixi, ağacın hündürlüyü nə qədər olub və.s. Bu məlumatlar varsa, deməli xüsusi qəhvə növü sayılır. Bu məhsulların qiyməti yüksək olur, kioqramı 40 manatdan başlayır. Qəhvə ağacının hündürlüyü nə qədər çoxdursa, məhsulu o qədər də baha olur. Yəni standart bir qiymət yoxdur. Hər dəfə fərqli ola bilər. Son vaxtlar logistikada da problem olduğu üçün qiymət bir az arta bilər. Hazırda Biz Almaniyadan qəhvə alırıq. Bizə oradan qəhvə meyvəsinin içindəki tum gəlir. Biz o tumu qovururuq. Sonra da paketləmə edirik”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 15 saat sonra
-
-
6 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
8 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti







.jpg)









.jpg)



