Samsung-un qatlanan telefonu "bestseller"ə çevrilib - AZƏRBAYCANDA QİYMƏTİ
Bahalı Samsung Galaxy Z Fold4 artıq "bestseller"ə çevrilib.
Marja xəbər verir ki, Çin üçün nəzərdə tutulan ilk partiya əvvəlcədən sifariş əsasında tamamilə satılıb.
Samsung Galaxy Z Fold4 rəqibi Xiaomi Mix Fold 2-dən qat-qat bahadır. Belə ki, Çində qiymətlər 1320 dollara qarşı 2050 dollardır (3485 manat). Yüksək qiymətinə baxmayaraq Samsungun yeni cihazının çoxlu xayda pərəstişkarı var.
Samsung Galaxy Z Fold4 modeli Xiaomi Mix Fold 2-dən qalındır. Qatlanan zaman Samsung Galaxy Z Fold4 15,8 mm, Xiaomi Mix Fold 2 isə cəmi 11,4 mm qalınlığa malikdir.
Samsung, Galaxy Z Fold4-ün suya davamlı olduğunu iddia edir. Cənubi Koreya şirkəti hesab edir ki, qiyməti 1000 dollardan yuxarı olan bütün telefonlar suya davamlı olmalıdır.
Xiaomi şirkəti Mix Fold 2 üçün heç bir dərəcədə suya davamlılıq iddia etmir. Həmçinin məlum olub ki, Xiaomi Mix Fold 2-də ekranın dəyişdirilməsi 725 dollara başa gələcək.
Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları - Galaxy Z Fold 4-ü və Galaxy Z Flip 4-ü Avqustun 8-də təqdim edib.
Azərbaycanda Samsung Galaxy Z Fold4 cihazı 4200 manata təklif edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























