Azərbaycanın ən böyük yaşayış kompleksi layihəsi nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Azərbaycanın "Kristal Abşeron" şirkətinin "City Garden Narimanov" layihəsi nüfuzlu beynəlxalq daşınmaz əmlak mükafatı olan "International Property Awards"a layiq görülüb.
Marja.az xəbər verir ki, bu barədə şirkət tərəfindən keçirilmiş mətbuat konfransında bildirilib.
Mətbuat konfransında “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Rüfət Mahmud, “Aslı Mimarlık” şirkətinin icraçı memarı Heseyin Tonguç Özcan çıxış ediblər və media nümayəndələrinin suallarını cavablandırıblar.
"Bu gün Sizə öz unikallığı ilə seçilən"City Garden Narimanov" layihəsinin beynəlxalq mükafata layiq görülməsini bildirməkdən çox şadam", - “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev bildirib.
Mahayət Nəbiyev qeyd edib ki, “"City Garden Narimanov" layihəsini digər lahiyələrdən memarlığı, tikinti prosesində istifadə olunan materialların keyfiyyətinin beynəlxalq standartlara cavab verməsi və bu lahiyə hazırlanarkən zaman itkisinin minumuma endirilməsi əsas amil kimi olması bu lahiyəni fərqləndirmişdir.”
"International Property Awards" müsabiqəsinə Azərbaycandan qatılan "City Garden Nərimanov" layihəsi "The Asia Pacific Property Awards" qolunda 1200 rəqib arasında fərqlənərək "Çoxyönlü istifadə memarlığı" kateqoriyasında mükafata layiq görülüb.
"International Property Awards" (Beynəlxalq Daşınmaz Əmlak Mükafatları) - daşınmaz əmlak sənayesinin bütün sahələri üzrə dünyanın ən məşhur mükafatıdır. Mükafat laureatları seçilən zaman davamlılığa, yüksək həyat standartlarına, erqonomikaya, orijinallığa və yaradıcılığa diqqət yetirilir. "International Property Awards" həm yaşayış, həm də qeyri-yaşayış sektorlarındakı memarlıq və interyer dizaynı layihələrinə qiymət verir.
Mətbuat konfransında “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev bildirib ki, rəhbərlik etdiyi şirkət N.Nərimanov metro stansiyası yaxınlığında 21 hektar ərazidə 29 binadan ibarət “City Garden Nərimanov” yaşayış kompleksinin tikintisini həyata keçirir. Hazırda ölkənin ən böyük və sözün əsl mənasında ən yaşıl yaşayış kompleksi layihəsi olan kompleks sadəcə mənzil yox, yeni bir yaşam tərzi təklif edir.
“City Garden Narimanov” yaşayış kompleksində 29 binada 4000-dən çox mənzil yerləşir.
Ötən ilin sonunda başlanılmış layihənin ilkin mərhələsinin tikintisi 24 ayda, ümumi kompleksin tikintisi isə 42 ayda başa çatacaq.
Kompleksin 21 hektar sahəsinin 17.3 hektarı yaşıllıqdan ibarət olacaqdır. Mənzillərin hər biri tam təmirli formada və çıxarışla təhvil veriləcəkdir. Hər mənzil üçün bir ədəd qapalı qaraj nəzərdə tutulub. “City Garden Narimanov”da mənzil sahibi olmaqla kompleksdən kənara çıxmadan bütün ehtiyacları qarşılamaq mümkün olacaqdır.
“City Garden Narimanov” aşağıdakıları vəd edir:
-17.3 ha. geniş yaşıl həyətyanı sahə - 2000-dən artıq ağac, 10000-dən artıq bitki;
- Şəxsi bağçalı və terraslı dupleks mənzillər – birbaşa həyətə açılan, şəxsi bağçası olan villa tipli və terraslı mənzillər;
- 2.7 km. həyətdaxili gəzinti zolağı, 1.5 km. qaçış zolağı, 1.5 km. velosiped zolağı;
- Özəl və dövlət olmaqla 2 məktəb, 2 bağça;
- Açıq və qapalı idman sahələri – basketbol, tenis, futbol meydançaları, üzgüçülük hovuzları, fitnes zalı;
- Gündəlik bütün ehtiyaclarınızı qarşılayacaq müxtəlif təyinatlı obyektlər – ticarət mərkəzi, supermarketlər, restoranlar, apteklər, klinika, geyim mağazaları, açıq hava kinoteatrı;
- Modern üslublu binalar – İtaliya istehsalı keromoqranit fasad, yerdən tavanadək olan pəncərələr, ABŞ istehsalı vitraj pəncərələr, İsveçrə istehsalı liftləri;
- Səs və istilik izolyasiyası – bina fasadı, mənzillər və mərtəbələr arası xüsusi izolyasiya sistemləri;
- Tam təmirli mənzillər – Təmirdə Türkiyə istehsalı hamam aksesuarları, Avropa istehsalı parket, istəyə uyğun isti döşəmə (isti pol) vəya istilik batareyası (radiator), Türkiyə istehsalı mətbəx mebeli, daxili qapılar, mətbəx avadanlıqları;
- Ağıllı ev sistemləri – mənzil təhlükəsizliyini təmin etmək üçün avtomatlaşdırılmış sistem (istəyə uyğun çox funksiyalı paketlər);
- Geniş yeraltı avtodayanacaq – hər mənzil üçün bir ədəd qapalı qaraj;
- 7/24 təhlükəsiz həyət – nəqliyyat vasitələrinin həyətə girişinə icazə verilməyəcək, həyət daimi müşahidə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
2 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
2 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
2 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”




















