“Rabitəbank”dan “Muğanbank”a transfer olub
“Muğanbank” ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb edib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Qasımov Tamerlan Məhəmməd oğlu bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan Q. Tamerlan, uzun illər “AGBank” ASC-də müxtəlif rəhbər vəzifələrində çalışmış, 2020-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, Mikro Biznes Strukturunun rəhbəri, daha sonra isə bankın Müştəri Xidməti sahələrinin satış rəhbəri vəzifələrində fəaliyyət göstərib.
Tamerlan Qasımov bakalavr təhsilini ADPU universitetinin tarix fakültəsində “Tarixçi” ixtisası üzrə daha sonra isə ADİU universitetinin MBA proqramı çərçivəsində “Maliyyə və Kredit” ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, Q. Tamerlan bank sektoru üzrə bir çox beynəlxalq və yerli sertifikatlara yiyələnmiş, bu sahədə öz bilik və bacarıqlarını çalışdığı yerlərdə tətbiq etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
8 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
9 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
9 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
11 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
11 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
12 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
12 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























