"İnvestisiya fondunun kapitalının 75%-i Azərbaycan, 25%-i Özbəkistan tərəfindən qoyulacaq"
Bakı və Daşkənd investisiya fondunun yaradılmasına dair “Yol xəritəsi”ni 2022-ci ilin noyabr ayınadək razılaşdırmalı və müvafiq hökumətlərarası saziş imzalamalıdır.
Marja xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.
Onun sözlərinə görə, investisiya fondunun kapitalının 75%-i Azərbaycan, 25%-i Özbəkistan tərəfindən qoyulacaq:
"Kapitalının 75 faizi Azərbaycan, 25 faizi Özbəkistan tərəfindən qoyulmaqla Özbəkistan-Azərbaycan investisiya fondunun yaradılmasının sürətləndirilməsi üçün mövcud imkanların öyrənilməsi qərarına gəlinib. Fondun yaradılmasına dair “Yol xəritəsi”nin təsdiq edilməsi, habelə bu ilin noyabrınadək hökumətlərarası sazişin imzalanması barədə razılıq əldə olunub. Bütün bunlarla yanaşı, mədəni-humanitar və turizm sahəsində də əməkdaşlığın inkişaf istiqamətləri müəyyən edilib. İki ölkə arasında turizm sahəsində hökumətlərarası sazişin imzalanması dab nəzərdə tutulur”.
"İkitərəfli ticarətin həcminin 1 milyard dollara çatdırılması barədə razılıq əldə olunub"
Səfir qeyd edib ki, son illərdə ikitərəfli ticarət əlaqələrində müsbət dinamika müşahidə olunur: "Bu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 83,7% artaraq 87,5 milyon dollar təşkil edib. Yaxın vaxtlarda ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdırılması barədə razılıq əldə olunub. Bu məqsədlə silsilə tədbirlər həyata keçiriləcək: noyabrda Daşkənddə Birinci Regionlar Forumu, iki ölkənin milli istehsalçılarının sərgisi, Özbəkistan-Azərbaycan İşgüzar Şurasının illik iclasları keçiriləcək, habelə qarşılıqlı ticarət missiyaları təşkil ediləcək. Transxəzər marşrutu üzrə tranzit və ikitərəfli daşıma üçün əlverişli mühitin yaradılması istiqammətində işlər davam etdiriləcək.
Hüseyn Quliyev əlavə edib ki, ölkələr arasında investisiya əməkdaşlığına gəldikdə, indiyədək Azərbaycan Özbəkistan iqtisadiyyatına 23,8 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Özbəkistanın Azərbaycana yatırdığı sərmayələrin həcmi isə 18,4 milyon ABŞ dolları təşkil edib. Özbəkistan şirkətləri Azərbaycanda sənaye, ticarət, nəqliyyat, rabitə, bank, sığorta və digər xidmətlər daxil olmaqla bir sıra sektorlarda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti























