“Saf Qida” süd məhsullarını çirkli şəraitdə istehsal edib
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsi, Qızılca kəndində fəaliyyət göstərən, “Saf Qida” MMC-yə məxsus süd məhsullarının istehsalı sexində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
AQTA-dan "Marja"ya verilən məlumata görə, əsas xammal kimi istifadə edilən südün baytarlıq-sanitariya ekspertiza sənədlərinin olmadığı, emal prosesinin düzgün həyata keçirilmədiyi, bişmiş südün ağzı açıq şəkildə saxlandığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə (saç toru, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
1 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
2 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























