Prezident: Qarabağda taxılın məhsuldarlığı 1 tondan da aşağıdır

"Azad edilmiş ərazilərdə məhsuldarlıq çox aşağıdır, bu da təbiidir".
Marja xəbər verir ki, bunu Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Prezident deyib:
"Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.
Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.
Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə - Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır
- 45 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 50 d. əvvəl
-
1 saat əvvəl
Suriya avqustun 2-dən etibarən hər gün 3,4 milyon kubmetr Azərbaycan qazı alacaq
-
1 saat əvvəl
Dövlət Dəniz və Liman Agentliyi üzrə xidmət haqları müəyyənləşib
-
2 saat əvvəl
BYD Azərbaycanda rəsmi tərəfdaşını seçdi - Tezliklə rəsmi satış və xidmət başlayacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
162 milyon manatlıq artıq və əsassız ödənişlər aşkar edilib, materiallar prokurorluğa təqdim edilib
-
3 saat əvvəl
Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər
- 4 saat əvvəl
-
4 saat əvvəl
İcbari tibbi sığorta fondunda pozuntular və risklər - YIĞILAN PULLARIN NECƏ XƏRCLƏNDİYİ YOXLANIB
Son Xəbərlər

Yüksək və etibarlı gəlir istəyənlər üçün – FINCA istiqrazlarının yeni buraxılışı başlayır

"Gələcəkdə ödənişli olacaq Ələt-Astara yoluna alternativ yolun yenidən qurulması 2026-cı ildə tamamlanacaq"

Dövlət Dəniz və Liman Agentliyi üzrə xidmət haqları müəyyənləşib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Media nümayəndələri Coca-Cola-nın İsmayıllı zavoduna səfər ediblər

760 milyon manatlıq satınalmalarda nöqsanlar aşkar edilib
Ən çox oxunanlar

İcbari tibbi sığorta fondunda pozuntular və risklər - YIĞILAN PULLARIN NECƏ XƏRCLƏNDİYİ YOXLANIB

Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlanıb

Azərbaycanın tikinti şirkəti kütləvi üsul ilə 10 milyon manatlıq istiqraz təklif edəcək

Mərkəzi Bank 2 təşkilata xarici valyutada köçürmə aparılmasının dərhal dayandırılması barədə göstəriş verib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyəti ilə bağl qanunvericiliyi pozub

PAŞA Kapital ilə illik 10.5%-dək gəlirli PAŞA Bank istiqrazlarına investisiya fürsəti
 (1).jpg)
Dövlət Agentliyi 2 mağazalar şəbəkəsi barəsində iş qaldırıb

İri bank 40 milyonluq istiqrazlarına abunə yazılışına start verdi - İLLİK 10.5% GƏLİR TƏKLİFİ
