"Mağazaların açılışı məqsədilə Bakıda və digər bölgələrdə məkan axtarırıq"
Yeni mağazaların açılışı məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində uyğun məkan axtarışlarımız davam edir.
Bunu Marja-ya müsahibəsində “Veysəloğlu-Rossmann” şirkətinin rəhbəri Aydan İsmayılova bildirib.
"Mağazalarımız təşkilati quruluşuna görə şəhərin istənilən guşəsində açıla bilər. İlk mağazamız Bakının “İnşaatçılar” metrostansiyasının yaxınlığında açıldı. Növbəti mağazamız isə Bakı Dövlət Universitetinin yaxınlığında müştərilərin ixtiyarına verildi. Amma biz bununla kifayətlənmirik. Yeni mağazaların açılışı məqsədilə Bakıda və Azərbaycanın digər bölgələrində uyğun məkan axtarışlarımız davam edir. Çalışırıq ki, insanlara daha yaxın və əlverişli yerləri seçim edək. Axı bu markanı Azərbaycana gətirmək bəs deyil, onu həm də ən uyğun yerlərdə istehlakçılara təqdim etmək lazımdır", - Aydan İsmayılova deyib.
Qeyd edək ki, Pərakəndə, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu yeni bir xətt üzrə müştərilərinə məhsullar təqdim etməyə başladı. “Veysəloğlu-Rossmann” şirkətini yaradan Qrup ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.
HƏMÇİNİN OXU: Veysəloğlu Şirkətlər Qrupu məşhur alman brendini ölkəmizə gətirdi - MÜSAHİBƏ
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 7 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























