Ağ Şəhərdə ev aldılar, qara günləri başladı - “ERA TOWER” MƏNZİLLƏRİ TƏHVİL VERMİR
“Era Tower” yaşayış binasının müştəriləri Akim Bədəlovun ailəsinin milyonları mənimsədiyini iddia edirlər. Onlar “Baş Prokurorluq”a şikayət etməyə hazırlaşırlar.Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Bu barədə bina sakinləri redaksiyamıza şikayətində bildiriblər.
Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.
“Etibarlı və güvənli olduğu üçün Ağ şəhərdəki binalardan ev almaq istədik”
Sakinlər bildirir ki, məhz etibarlı və güvənli olduğu üçün Ağ Şəhərdəki binalardan ev almaq qərarına gəliblər. Belə ki, “Era Tower” yaşayış binasından həmin sakinlərə kart da verilib. Həmin kart isə illərdi yolunu gözlədikləri evlərin ikinci şəxs və ya şəxslərə satılmaması üçün onlara təqdim edilib.
“Müraciətlərimiz cavabsız qalıb”
Şikayətçilər arasında elələri var ki, 6 ildən çoxdur öz evinin pulunu verib. Evlərin hər birinin satıldığı deyilir. Sakinlərin sözlərinə görə, “Era Tower”dan sonra tikintisinə başlanılan bütün binalar təhvil verilib. Məsələ ilə bağlı dəfələrlə Ağ şəhər layihəsinə, “Era Tower”in rəhbərliyinə müraciət ediblər. Ancaq hələlik müraciətlər cavabsız qalıb.

Şikayətçilər bildirirlər ki, şirkətin sahibi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sabiq sədri Akim Bədəlovdur. Onun oğlu, şirkətin təsisçilərindən olan Aqşin Bədəlov isə evlərində yaşamaq istəyən sakinlərin şikayətinə “pulumuz yoxdur, tikə bilmirik” deyib. Hətta o, sakinlərə “hara desəniz şikayət edin” deyə, cavab verib. Onu da qeyd edək ki, məlumata görə, həmin şirkətin 4 təsisçisi məhz Bədəlovlar ailəsinin üzvləridir. Digər ortaq isə Əliyev Əziz Eyyub oğludur. Bir neçə gün əvvəl də bina sakinləri tikintinin qarşısına toplaşaraq, etiraz etmək istəyiblər. Lakin şirkət direktoru onlarla görüşə gəlməyib. Bir sözlə, “Era Tower” yaşayış binası sakinlərinin haqqı yeyilməkdə davam edir.
İllərdir öz halal mənzillərində yaşamağı gözləyən şikayətçilər problemlərinin tezliklə həll olunacağını və evlərin onlara təhvil veriləcəyi günü gözləyirlər.
Yaşayış binasını tikən şirkətdən açıqlama
İddialar ilə əlaqədar “Era Tower” yaşayış binalarının tikintisini həyata keçirən "MACAZ Construction" MMC-nin direktoru Rəşad İsmayılov ilə əlaqə saxladıq. Şirkətin direktoru Marja.az-a açıqlamasında bildirdi ki, “Era Tower” binasının tikintisi işlərinin geçikməsi Bakı Ağ Şəhər layihəsinin ofisindən icazə ala bilməmələrilə əlaqədardır:
“Pandemiyadan sonra şirkətimizin maliyyə vəziyyətində daha böyük çətinliklər yarandığından Bakı Ağ Şəhər layihəsinin ofisinə elektrik enerjisi və su təchizatı üzrə ödənişləri köçürə bilmədik. Bununla əlaqədar olaraq tikintimizə elektrik enerjisinin və suyun təchizatı dayandırılıb, tikinti işlərinə icazə verilmir”.
Rəşad İsmayılov qeyd etdi ki, pandemiyadan öncə də bir neçə dəfə problem meydana çıxıb, lakin 3-4 ay fasilələrdən sonra ödənişlər edilib və tikinti işləri bərpa olunub.
Rəşad İsmayılov bildirdi ki, yaxın 15-20 gün ərzində "MACAZ Construction" şirkətinin maliyyə çətinliyinin həllini tapacağı, Bakı Ağ Şəhər ofisinə borcların köçürüləcəyini və tikintinin bərpa ediləcəyini gözləyirlər: “Hətta biz binadakı satılmayan mənzilləri və qeyri-yaşayış sahələrini girov qoymaqla inşaatı bərpa etmək variantını da nəzərdə tuturuq. Qısa zamanda işləri bərpa etmək üçün gərgin çalışırıq. Tikinti materialları ilə bağlı problemimiz yoxdur, fasad materialları, qapı və pəncərələr tikinti sahəsindədir. Ofisdən icazə aldıqdan sonrakı 6 ay ərzində binanın tikintisini yekunlaşdıraraq alıcılara təhvil verməyi planlaşdırırıq”.
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
14 saat sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
1 gün əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
1 gün əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 1 gün əvvəl
-
1 gün əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
Bakı metrosunda NFC ödənişlərə başlanılıb
"PAŞA Həyat"da yeni təyinat
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb






















.jpg)
